ABŞ Ukraynaya yardımı dayandırsa, Avropa zərər görəcək

Hazırda oxunan: ABŞ Ukraynaya yardımı dayandırsa, Avropa zərər görəcək

101595

"Əgər ABŞ Ukraynaya yardımı kəsmək qərarına gəlsə, o zaman Avropa daha böyük çətinliklərlə üzləşəcək". 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin nüfuzlu “Global Times” nəşri məlumat yayıb. 

Nəşr məsələ ilə bağlı analitiklərin fikrini öyrənib. Analitiklər bildirib ki, hər şey noyabrın 8-də ABŞ-da keçiriləcək seçkilərdən sonra məlum olacaq:

"Konqresə keçiriləcək seçkilərdə Respublikaçılar qələbə qazanarsa Ağ Ev-in Ukrayna ilə bağlı siyasət mütləq dəyişə, xüsusən də maliyyə azaldıla bilər. Belə olduğu təqdirdə isə bundan tək ziyan Ukraynaya dəyməyəcək. Əksinə, bu, Avropa ölkələrinə daha çox zərbə vura bilər".

Analitiklər qarşıdan qış fəslinin gəlməsini Avropa üçün ağır günlərin başlanğıcı kimi dəyərləndirib. “Qış fəsli yaxınlaşdıqca bir çox Avropa ölkələri artıq istiliklə bağlı narahatdırlar" deyə qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sözügedən məsələ ilə bağlı narahatlığını dilə gətirmişdi:

"Ukrayna ABŞ Konqresinin Nümayəndələr Palatasına seçkilərdə qələbə qazanacağı təqdirdə Kiyevə yardımın azaldılması ilə bağlı Respublikaçıların bəyanatlarından narahatdır".

Kuleba Ukraynaya yardımın azalmayacağına və bu risklərin aradan qaldırılacağına ümid etdiyini bildirib. 

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin