Zelenski “Ukrayna”nı satışa çıxardı

Hazırda oxunan: Zelenski “Ukrayna”nı satışa çıxardı

10159

Ukrayna rəhbərliyinin maliyyə problemi səbəbilə illərdir inşası planlaşdırılan “Ukrayna” ağır raket kreyserinin satılması barədə qərar qəbul edib. Əgər nəzərdə tutulmuş vaxta qədər kreyser üçün alıcı tapılmasa, döyüş gəmisinin sökülməsi həyata keçiriləcək.

Ukrayna Baş nazirinin müavini Oleq Uruski "Den" qəzetinə verdiyi açıqlamada "Ukrayna" adlı ağır raket kreyserini "Bir hökumətdən digərinə keçən bayraq" adlandırıb.

 

MÖVZU İLƏ BAĞLI:

Dumanın deputatı Zelenskini qeyri-səmimi adlandırdı

“Zelenskinin bu açıqlaması Putinin ürəyini sındırdı” – Peskov detalları açıqladı


Döyüş gəmisini donanmaya təslim edilməsinin mümkün olmadığını qeyd edən Uruski "kreyser gəmi istehsalı zavodundakı fəaliyyətin qarşısını alır və yer tutur", deyə əlavə edib.

Ukrayna rəsmisi döyüş gəmisinin silahları söküldükdən sonra satışa çıxarılacağını və heç bir alıcı tapılmayacağı təqdirdə hissələrə bölünəcəyini bildirib.

Xatırladaq ki, Sovet İttifaqı tərəfindən 1984-cü ildə "Admiral Lobov" adı ilə istehsalına başlanan ağır raket kreyserinin inşasının 75%-i tamamlandıqdan sonra 1990-cı ildə suya endirilmişdi.

Sovet İttifaqı dağıldıqdan sonra 1993-cü ildə müstəqil Ukraynanın nəzarətinə keçən hərbi gəminin adı dəyişdirilərək "Ukrayna" adlandırıldı.

1996-cı ildə isə gəminin inşası maliyyə çatışmazlığı səbəbindən dayandırıldı. Daha sonra tikintini yenidən başlamaq səyləri nəticəsiz qaldı və 2017-ci ildə Ukrayna Müdafiə Nazirliyi donanmanın belə bir gəmiyə ehtiyac olmadığına qərar verdi.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin