Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya olunub.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Baş Prokurorluq tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Özbəkistan ərazisində cinayət törətməkdə təqsirləndirilən həmin ölkənin vətəndaşı Əhmədov Otabek İzzatoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.
O.Əhmədov külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.
Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. O.Əhmədov hər iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:52 / 28.10.2022
Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya olundu
Hazırda oxunan: Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya olundu
Hazırda oxunan: Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya olundu
101587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.