“KTMT-nin toplatısında SÜRPRİZLƏR ola bilər” - POLİTOLOQ

Hazırda oxunan: “KTMT-nin toplatısında SÜRPRİZLƏR ola bilər” - POLİTOLOQ

101586

Bu gün KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək. Sessiya zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT XTŞ-nın qərarına əsasən 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş KTMT missiyasının işinin nəticələri müzakirə olunacaq. Yığıncaqda Ermənistana yardımın göstərilməsi üzrə birgə tədbirlərə baxılacağı da söylənilir.

Rusiya prezidenti Vladimir Putin də tədbirdə iştirak edəcək. Mətbuat katibi Dmitri Peskov bildirib ki, bu iclas Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli görüşünə hazırlıq məqsədi daşıyır.

Məsələ ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrəndik.

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, bu görüş Ermənistan-Azərbaycan münaqişəsində Rusiyanın son təşəbbüsləridir:
 

MÖVZU İLƏ BAĞLI:

KTMT-nın növbəti iclasında Rusiya, Ermənistan və Azərbaycan sammitinə hazırlıq GÖRÜLƏCƏK 


“Putin yaxşı başa düşür ki, Ermənistanın Qərbə meyillənməsi və KTMT-dən çıxmaq istəyi bu qurumun dağılması prosesini sürətləndirə bilər. Onsuz da “ölü doğulmuş” bir qurumdur. Ötən dövr ərzində real gücünü göstərə bilmədi. Üzv dövlətlərin də əksəriyyəti qurumun fəaliyyətindən narazıdır. Ona görə də iclasın çox gərgin keçəcəyini deməyə əsas verir. Hətta Putin üçün müəyyən sürprizlərin olacağı ehtimalı da var”.

Qabil Hüseynli görüşdən Ermənistanla bağlı hansısa konkret qərarın qəbul ediləcəyinə inanmadığını bildirdi:

“O ki, qaldı Peskovun səsləndirdiyi fikirlərə. Bu publika üçün nəzərdə tutulan bəyanatdır. Heç Soçi görüşündən də real nəticə gözləmək olmaz. Bir sözlə, Putin təkcə Şərqi Avropada deyil, elə öz “dostlar”ı tərəfindən də dalana dirənib. Onun özünə bu saat kömək lazımdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin