“Tayvan Çinin bir hissəsidir və mövqeyimiz dəyişməyəcək” – Putindən ABŞ-a sərt REAKSİYA - VİDEO 

Hazırda oxunan: “Tayvan Çinin bir hissəsidir və mövqeyimiz dəyişməyəcək” – Putindən ABŞ-a sərt REAKSİYA - VİDEO 

101534

“Tayvan Çinin bir hissəsidir və Rusiyanın bu məsələdə mövqeyi dəyişməz olaraq qalır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.   

Rusiya prezidenti ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə sərt reaksiya verib: 

“Bu səfər sağlam düşüncəyə və məntiqə tamamilə zidd görünür. Ukraynada baş verənlərə görə Rusiya ilə münasibətləri normallaşdıra bilmirlər. Amma Çini hansısa cavab tədbirinə sövq etmək üçün Tayvana səfər edirlər. Bu, sadəcə bir növ cəfəngiyatdır!".

Rusiya liderinin sözlərinə görə, ABŞ-ın bu cür addımlarında heç bir dərin məna axtarılmamalıdır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin