Ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi ilə bağlı dəymiş zərəri onların qəsdən məhv edilməsində və ya zədələnməsində təqsirli olan şəxslər ödəyəcəklər.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərmanında əksini tapıb.
Fərmana əlavə edilmiş digər yeni bəndlə isə daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyən etmək və mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək məqsədilə yerli icra hakimiyyəti orqanları mütəmadi monitorinq keçirəcək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə bu barədə aidiyyəti üzrə məlumat verəcəklər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:08 / 27.10.2022
Ünvan lövhələrinin məhv edilməsi ilə bağlı dəymiş zərəri təqsirli olan şəxslər ödəyəcək
Hazırda oxunan: Ünvan lövhələrinin məhv edilməsi ilə bağlı dəymiş zərəri təqsirli olan şəxslər ödəyəcək
Hazırda oxunan: Ünvan lövhələrinin məhv edilməsi ilə bağlı dəymiş zərəri təqsirli olan şəxslər ödəyəcək
101460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.