“Rusiyalı teleaparıcı Kseniya Sobçak İsrail pasportu olduğu üçün Litvaya daxil ola bilib”.
Bizim.Media "Ziniu radijas" radiostansiyasına istinadən xəbər verir ki, bu barədə Litvanın Dövlət Təhlükəsizlik Departamentinin direktoru Darius Yaunişkis bildirib.
Bu, jurnalistin Rusiyanı tərk edərək Litva sərhədini keçməsinin ilk rəsmi təsdiqidir.
Xatırladaq ki, Moskvanın Tverskoy Məhkəməsi Kseniya Sobçakın kommersiya direktoru Kirill Suxanov və Tatler jurnalının keçmiş baş redaktoru Arian Romanovski dekabrın 24-dək həbs edilib.
Onlar “Rostex”in rəhbəri Sergey Çemezovdan “İşığı söndürün” Telegram kanalında yazı sildiklərinə görə 11 milyon rubl tələb etməkdə şübhəli bilinirlər. Onları 15 ilə qədər həbs gözləyir.
İş materiallarından görünür ki, Çemezovla Kirill Suxanov arasında ödənişlə bağlı razılaşmadan sonra yazı çıxarılıb.
Mənbələrin məlumatına görə, Sobçak da şübhəli şəxs qismində bu işdə iştirak edir. Teleaparıcı Rusiyadan Litvaya gedib. O, Suxanova qarşı işi “onun redaksiyasına basqın” adlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:15 / 27.10.2022
Sobçakın Litvaya İsrail pasportu ilə daxil olduğu TƏSDİQLƏNDİ
Hazırda oxunan: Sobçakın Litvaya İsrail pasportu ilə daxil olduğu TƏSDİQLƏNDİ
Hazırda oxunan: Sobçakın Litvaya İsrail pasportu ilə daxil olduğu TƏSDİQLƏNDİ
101416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.