Bakıda xarici daşınmaz əmlak sərgisi keçiriləcək - FOTO

Hazırda oxunan: Bakıda xarici daşınmaz əmlak sərgisi keçiriləcək - FOTO

101365

Bakıda “United Property Expo 2022” xarici daşınmaz əmlak sərgisi keçiriləcək.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 19-20-da Bakı Ekspo Mərkəzində “United Property Expo 2022” Xarici Daşınmaz Əmlak Sərgisi keçiriləcək. Sərgidə dünyanın 10-dan çox ölkəsindən 10 mindən çox xarici daşınmaz əmlak təqdim olunacaq.
KOBİA-nın də dəstəklədiyi “United Property Expo” sərgisində Azərbaycanın, eləcə də Türkiyə, Yunanıstan, ABŞ, BƏƏ, İspaniya, Portuqaliya və digər ölkələrin aparıcı şirkətləri daşınmaz əmlak obyektlərini təqdim edəcəklər.

Sərgi ziyarətçilərə xaricdə daşınmaz əmlakın alınması və kirayəsi məsələlərini birbaşa peşəkarlarla müzakirə etmək, ipoteka, investisiyalar, vergilər, yaşayış icazələri və digər məsələlərlə bağlı məsləhətlər almaq imkanı verəcək.

“United Property Expo” sərgisinin iştirakçıları vasitəçilər olmadan əsas tərtibatçılar və daşınmaz əmlak agentlikləri ilə ünsiyyət qurmaq imkanı əldə edəcəklər.
Sərgi iştirakçılarını daşınmaz əmlakın alınması üçün xüsusi şərtlər gözləyir: endirimlər, agentliklərdən əlavə seçimlər və sənədləşmə işində köməklik.

Ətraflı məlumat və qeydiyyat üçün: //bit.ly/3N4wIxr

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin