İnstaqramdakı o zəhləngetmiş: "Qaqa, özün güzgüyə baxmısanmı?"

Hazırda oxunan: İnstaqramdakı o zÉ™hlÉ™ngetmiÅŸ: "Qaqa, özün güzgüyÉ™ baxmısanmı?"

101320
Moderator.az ŞəbnÉ™m Æx8fmirxanlının yazısını tÉ™qdim edir.

Oğlanlar bilmirlər ki, İnternetdə Victoria's Secret modellərinin bikinidəki şəkillərinə onlardan çox biz baxırıq. Hələ hər gün bir brend çanta alan, hər ay bir ölkəyə səyahət eləyib gözəl hotellərdə qalan qızlardan danışmıram. Onların hər addımını, hər check-inini izləyirik, screenshot eləyib rəfiqələrimizə göndəririk, paltarlarını nə cür seçməyinə diqqət edib səhərisi gün biz də o cür geyinirik, göz laynerini nə cür çəkdiyini təxmin edib gecə vaxtı gözümüzdə məşq edirik.

1-2 ay o qızın fanatı oluruq, sonra ondan zÉ™hlÉ™miz getmÉ™yÉ™ baÅŸlayır. ÜstündÉ™ köpükdÉ™n ürÉ™k olan kappuçinosunun ÅŸÉ™kli belÉ™ bizi qıcıqlandırır. O insanı hÉ™yatda tanıyırıqsa iÅŸlÉ™r lap pisləşir.  Onu görmÉ™yÉ™ gözümüz yoxdur. İdeal ÅŸÉ™killÉ™rini görÉ™ndÉ™ kompüterÉ™ ÅŸillÉ™ vurmaq istÉ™yirik.

Æx8fn dÉ™hÅŸÉ™tlisi bilirsiz nÉ™ vaxt olur? O NİŞANLANANDA!!! İdeal oÄŸlanla ideal niÅŸan vÉ™ toy ÅŸÉ™killÉ™rini paylaÅŸanda! Onda rÉ™smi surÉ™tdÉ™ öz hÉ™yatımıza dönüb baxırıq vÉ™ hadisÉ™lÉ™ri 3 sözdÉ™ cÉ™mləşdiririk "MÉ™n nÉ™ gündÉ™yÉ™m?!"

Başqasının uğurundan və ya hər hansı üstünlüyündən səndə yaranan mənəvi narahatlığa PAXILLIQ deyilir. Paxıllıq göz süzmək formasında ola bilər, qeybət və ya lağ eləmək formasında ola bilər, indiki dövrdə unfollow edib sonra gizlicə girib şəkillərinə baxmaq formasında da olur, dərinə gedəndə özünütənqid, depressiya və nifrətə də çevrilə bilər.

Qısası, paxıllıq bit kimidir, əvvəl başı bir az qaşındırır, deyirsən "keçər", ciddiyə almırsan, nə baş verdiyini anlayanda isə ya keçəl olmalı olursan ya da Fatma xala başını nöyütlə yuyur. Fatma xalanın toppuş barmaqları və nöyüt iyi. Iıımmmmm!!!!

Paxıllıq hissdir. Hissə qalib gəlməyin ən yaxşı yolu məntiqdir. Gəlin sosial mediada paxıllığın nə qədər mənasız olduğunu sizə sübut edim.

1. İki saniyə bütün gündən xəbər vermir.

Gündə 24 saat var. Bunun 16 saatını oyaq oluruq. 16 saatda 960 dəqiqə, 57,600 saniyə var. Bir insanın həyatını 57,600 saniyənin 2 saniyəsində çəkilən şəkillə xarakterizə etmək absurddur. Bu, kitabın bir cümləsini oxuyub bütün kitab haqda fikir yürütməyə bənzəyir.

2. Sosial mediadakı şəkillərin nə qədər filtr olunduğunu başa düş.

Heç kim hirsli və ya kədərli vaxtda şəkil çəkdirmir (16 yaşında çəkdiyin gözün yaşlı, dramatik selfie-ləri çıxmaqla). Sosial mediada gördüyünüz şəkillər insanların öz günlərindən seçdiyi saniyələrdə çəkilmiş şəkillərdir. Üstəlik, bu seçilmiş saniyələrdə çəkilmiş şəkillərin də ən yaxşısını seçirlər. Hələ üstəlik, bu ən yaxşı şəkli də müxtəlif İnstagram effektləri ilə gözəlləşdirəndən sonra paylaşırlar.

Lap elə Victoria's Secret modelləri kimi. Milyonlarla qızın içindən ən gözəlləri seçilir, üzləri, saçları və bədənləri saatlarla kosmetika-lak-pudra-fen atəşinə tutulur, sonra professional fotoqraf şəkillərini çəkir, min şəklin içindən biri seçilir, o da saatlarla Fotoşoplanır, sonra da oğlanlar bu şəkillərə baxıb düşünür ki, cənnət mövcuddur və həyat yoldaşları yetərincə gözəl deyil. (Qaqa, özün güzgüyə baxmısanmı?)

Odur ki, bir qızın əlində Starbucks kofe tutub ördək dodaqla güzgüdən çəkdiyi şəklinə baxıb onun nə qədər xoşbəxt olduğunu və özünün nə qədər mənasız həyat yaşadığını düşünürsənsə ən azından özünə haqsızlıq edirsən. Starbucks kofe adamı xoşbəxt etsəydi bütün Nyu York insanları xoşbəxtlikdən uçardılar. İnan mənə, qaş-qabaqları yer süpürür. Nyu Yorkda hətta itlər də it kimidirlər. (İtim Mickey belə deyir)

Hə, bir də var cütlük şəkilləri. Həmişə xoşbəxt, qucaqlaşmış, öpüşən... Baxan bilməz ki, 2 dəqiqə əvvəl qızğın mübahisə edirdilər, gizlincə bir-birini öldürmək haqda planlar qururdular.

3. Paxıllığı motivasiyaya çevir.

Paxıllıq əslində ürəyinin çağırışıdır. Mən qaranlıq keçmiş günlərimdə 75 kilo idim (səhər-günorta-axşam dondurma, üstündən McDonalds, üstündən Cheetos yeməyin nəticəsi). Arıq qızlara paxıllıq edirdim. Bu paxıllığı motivasiyaya çevirmək qərarına gəldim. Jurnallardan gözəl bədənli qızların şəkillərini kəsib soyuducunun üstünə yapışdırdım. 1 il dieta saxladım, idman elədim. 20 kilo arıqladım.

Sən də eləcə. Yaxşı karyerası olan qızlara həsəd aparırsan? Karyera qurmaq haqda kitablar oxu, təlimlərə get, hardasa pulsuz işləməyə başla, təcrübə topla. Xaricdə oxuyanlara paxıllıq edirsən? Dil kurslarına yazıl, xarici universitetlərin saytlarına bax, lazım olan sənədləri topla, sən də müraciət elə. Gözəl qızlara paxıllıq edirsən? Özünə qulluq elə, geyiminə fikir ver. Gözəllik heç də Prada geyinib Gucci eynək taxmaq deyil. Aeroportdan da paltar alıb gözəl geyinmək olar. Ördək dodaq edib Starbucks-la şəkil çəkdirən qızlara paxıllıq eləyirsən? Hm, burda sənə heç bir kömək edə bilməyəcəm.

Nə demək istədiyimi başa düşdün. Paxıllığı oturub dırnağı çeynəmək üçün yox, ayağa durub həyatınla bir şey eləmək üçün istifadə et.

VÉ™ inan ki, hÉ™r kÉ™s, É™trafındakı HÆx8fR KÆx8fS hansısa bir döyüş içərisindÉ™dir. Heç kim içindÉ™ yaÅŸadığı çətinliklÉ™ri Facebookda, İnstagramda paylaÅŸmır. Heç kim yuxulayana qÉ™dÉ™r tökdüyü göz yaÅŸlarının ÅŸÉ™klini çəkmir. Heç kim çarÉ™siz, bÉ™dbÉ™xt, ümidsiz olduÄŸu haqda status yazmır.

HÆx8fR KÆx8fS BİR DÖYÜŞ İÇİNDÆx8fDİR.

Heç kimin saxta İstagram maskasının sÉ™nin xoÅŸbÉ™xtliyini É™lindÉ™n almasına imkan vermÉ™! 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin