Dünya daha bir ağır PANDEMİYA astanasında – Bil Qeytsin AĞCAQANADLARI

Hazırda oxunan: Dünya daha bir ağır PANDEMİYA astanasında – Bil Qeytsin AĞCAQANADLARI

101249

“Microsoft”un qurucusu Bill Qeytsin böyük Ağcaqanad ferması olduğu üzə çıxıb. Kolumbiyanın Medellin şəhərində olan ağcaqanad fermasında hər həftə 30 milyon ağcaqanad yetişdirilərək təbiətə buraxılır. Yayılan məlumatda o da bildirilir ki, məqsəd ağcaqanadlar tərəfindən yayılan tropik xəstəliklərin qarşısını almaqdır. 

Amma nədənsə Bill Qeytsin məqsədi heç də inandırıcı və məntiqli görünmür. Bunun da bir neçə səbəbi var.

Birincisi, fabrikin yerləşdiyi ölkə şübhə doğurur. Kolumbiya deyəndə ilk ağıla gələn narkobaronlar, böyük çirkli pullar və qanunsuzluqlar ağıla gəlir. Ona görə də qanunların işləmədiyi bir ölkədə Bill Qeyts kimi birinin xeyirxah layihə həyata keçirməsi heç də inandırıcı gəlmir. 

İkincisi, Layihənin özü də çoxlu suallar doğurur. Axı, indiki vaxtda bu qədər süni ağcaqanad yetişdirilməsi kimə lazmdır. Özü də səfalət içində boğulan bir ölkədə. Guya ki, Kolumbiyanın bütün problemləri həll edilib, qalıb hansısa bakteriya ilə mübarizə aparmaq. Qərb mətbuatın yaydığı məlumatda deyilir ki, təbiətə buraxılan erkək ağcaqanadlar "Wolbachia pipientis" adlı bakteriya ilə yoluxdurulduğu üçün onlardan törəyən ağcaqanad sürfələrinin həyat qabiliyyətli olmur və beləliklə, ağcaqanadların çoxalmasının qarşısı alınır.

Ağcaqanadlar həyat boyu sadəcə bir çoxalma periodu yaşadığı üçün bu üsulla populyasiyanın sayı bir xeyli azaldılmış olur.
 

MÖVZU İLƏ BAĞLI:

Bill Qeyts TƏƏCCÜBLƏNDİRİR – Bu dəfə Ağcaqanad Ferması ilə 


Bax, burda “xoruzun quyruğu görünür”. Yeni yaradılan ağcaqanadlar yumurta qoymur, amma onlara hansısa canlını sancmaq şansı verilir. Deməli, məqsəd laboratoriya şəraitində yetişdirilən ağcaqanadlar konkret məqsəd üçün hazırlanıb. Və onlar öz orqanlarında hansısa qorxulu virus daşıyır. Və bu ağcaqanadlar nəyəsə toxunmaqla və yaxud sancmaqla yeni pandemiya yaya bilərlər.

Təsadüfi deyil ki, Afrikada yayılan pandemiyaların əksəriyyəti həşaratlar vasitəsi ilə yayılır. Yada salaq ki, COVİD-19 da ilkin mərhələdə yarasalardan yayıldığı söylənilirdi. Bu isə o deməkdir ki, Bill Qeyts yeni bakteroloji silah hazırlayır. Onun ağcaqanadları hansısa pandemiyanı çox asanlıqla yaya bilər. Bu qorxulu xəstəliyə yoluxmuş ağcaqanad ordusunu ixtiyari ölkəyə buraxmaq olar ki, həmin ölkədə həmin ağcaqanadlar kütləvi qırğınlar yaratsın.

Maraqlıdır ki, Bill Qeytsin ağcaqanadları erkəkdir. Onların süfrə qoymaq imkanı yoxdur. Yəqin ki, həmin ağcaqanadlar üçün uçuş traktoriyası da müəyyən edilib.

Və bu ağcaqanadlar heç də uzağa uça bilməz. Bu isə lokal ərazidə istənilən pandemiyanın yayılması deməkdir. Çünki, COVİD-19-un minusu o idi ki, xəstəlik hava ilə də yayılırdı. Bu isə yaradılmış və məqsədli şəkildə yayılmış pandemiyanın onun yaradıcısı olan ölkələrə də çatmasına əngəl olmur. Necə ki, pandemiyadan ən çox ölüm hadisəsi ABŞ-da qeydə alınıb. Ona görə də yeni bakteriyalar daha incəliklə və dəqiqliklə hazırlanıb.

Sonda onu da deyək ki, bəzi dairələr COVİD-19-u məhz Bill Qeytsin layihəsi olduğunu söyləyir. Təsadüfi deyil ki, pandemiyanın ilk ilində Amerikalı milyarder ÜST rəsmilərindən daha çox danışırdı, proqnozlar və məsləhətlər verirdi. COVİD-19 pandemiyasının hələ şiddətli dönəmində bu amerikalı milyarder elan edirdi ki, bəşəriyyəti bundan daha ağır viruslar gözləyir.


Ona görə də Bill Qeytsin Kolumbiya kimi bir ölkədə Ağcaqanad ferması açması heç də yaxşı əlamət deyil.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin