Qəzada nə qədər ərazini su basıb? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Qəzada nə qədər ərazini su basıb? - RƏSMİ AÇIQLAMA

101231

Səhər saatlarında Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib. Qəza nəticəsində ətraf əraziləri su basıb.

Bizim.Media xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Rəşad Nəsirov deyib.

O bildirib ki, məlumatla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları hadisənin aradan qaldırılması məqsədilə əraziyə cəlb olunub: 

“Su basmış ərazidə suyun çəkilməsi işləri davam etdirilir. 3 avtomobil, 7 müxtəlif texnika suyun çəkilməsi prosesində iştirak edir. Hadisə yerinə gələn zaman məlum olub ki, suyun hündürlüyü təxminən 1 metrdən yuxarıdır. Su basan ərazi təxminən 1500 kvadratmetrdir. Hazırda suyun səviyyəsi müşahidələrimizə görə aşağı düşüb. Müəyyən yerlərdə təxminən 40 santimetr, müəyyən yerlərdə isə 20 santimetrə enib".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin