Çempionlar Liqasının oyununda Azərbaycana qarşı TƏXRİBAT

Hazırda oxunan: Çempionlar Liqasının oyununda Azərbaycana qarşı TƏXRİBAT

101201

Çempionlar Liqasının dünən keçirilən qrup mərhələsinin “Leyptsiq” - “Real” (Madrid) oyununda (3:2) Azərbaycana qarşı təxribata yol verilib. 

Bizim.Media xəbər verir ki, tribunalardan birində (ehtimal olunur ki, meydan sahibi olan alman azarkeşlərin oturduğu sektorda) Qarabağdakı separatçıların qondarma “bayrağı” asılıb.

Bayrağın tribunaya necə keçirildiyi və asıldığı bilinmir. 

Qeyd edək ki, FİFA və UEFA-nın qaydalarına əsasən, futbol oyunları zamanı hər hansı siyasi addım tamamilə qadağan edilib.

Bu mənada, separatçıların bez parçasının Çempionlar Liqası kimi mötəbər yarışda görünməsi (tribunada olsa belə) qaydaların kobud şəkildə pozulmasıdır. Adətən, bu tipli təxribatlara görə ən azı matçın təşkilatçısı olan kluba xəbərdarlıq edilməklə maddi cəza sanksiyası tətbiq edilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin