Bakıda 147 marşrut avtobusu GECİKİR

Hazırda oxunan: Bakıda 147 marşrut avtobusu GECİKİR

101172

Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 44 müntəzəm marşrut xətti üzrə 147 avtobusun hərəkət intervalında gecikmələr var.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 13-15 dəqiqə gecikmə müşahidə olunur.

2. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 9-11 dəqiqədir.

3. Tbilisi prospekti–20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 9-12 dəqiqə gecikmə müşahidə olunur.

5. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqə gecikmə müşahidə olunur.

6. Babək prospekti – şəhər istiqamətində. Bu səbəbdən də həmin ərazidən keçən 30, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

7. Ak.Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə (Tbilisi pr və Koroğlu Rəhimov küç) sıxlıq. . Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61, 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-9 dəqiqə gecikmə müşahidə olunur.

8. Binəqədi şosesi – Şəhər istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.

9. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 13-15 dəqiqə gecikmə müşahidə olunur.

10. Afiyəddin Cəlilov küçəsi– Yusif Səfərov küçələrinin kəsişməsindən keçən 1, 2, 4, 10, 30, 32, 46, 49 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.

11. Xocalı prospekti - Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-12 dəqiqə gecikmə müşahidə olunur.
12. Şah İsmayıl Xətai prospekti Təhsil Nazirliyi istiqamətində sıxlıqlar müşahidə olunur. Bu səbəbdən də həmin ərazidən keçən 11, 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-11 dəqiqə gecikmə müşahidə olunur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin