“Facebook”un nəzarət şurası Azərbaycanı təhqir edən ifadəni sildi

Hazırda oxunan: “Facebook”un nəzarət şurası Azərbaycanı təhqir edən ifadəni sildi

10115

Ermənilərin Azərbaycanı təhqir etmək məqsədi ilə istifadə etdiyi postlar “Facebook” tərəfindən qaydalara zidd olduğu üçün silinib. 

İdarə heyəti bu cür ifadələri yolverilməz hesab edib. 

Bu ifadələr keçən il Ermənistan və Azərbaycan arasında baş verən II Qarabağ müharibəsi zamanı tirajlanıb.

Ermənilərin Azərbaycanı təhqir etmək məqsədi ilə paylaşımlarında “тазики” (“taziks”) ifadələri işlədiblər və bunlar da Facebook-tərəfindən qaydalara zidd hesab olunub.

“Facebook”un nəzarət şurası sosial şəbəkənin beş qərarından dördünü ləğv edərkən bu fikrə gəlib. 

Artıq “Facebook” dezinformasiyalara, nifrət aşılayan nitqlərə və çirkin təsir kampaniyalarına sürətli və təsirli cavab verə bilməmədiyi üçün sosial şəbəkədə yayımlanmış köhnə yazılarda qaranlıq qalan məsələlər üçün nəzarət paneli qurub.

Bizim.Media “WashingtonPost”a istinadən xəbər verir ki, tənqidçilər, şirkətin son səylərinə baxmayaraq, illərdir qalan yanlış məlumatlar, ekstremizm və irqçiliklə bağlı paylaşımların qalmasına görə qərarı əhəmiyyətsiz hesab ediblər.

Vanderbilt Universitetinin mütəxəssisi Gotam Hans “Facebook”-un bu dəyişikliyini o qədər də əhəmiyyətli saymayıb:

“Bu qərar evin damı açıq ola-ola pəncərə qoymaq kimidir. Bu qanun potensial pozuntularının kiçik bir faizinə nəzarət edə bilər. Bunun qarşısını almaq mümkün deyil”. 

Vüqar Ağamalıoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin