“Sentyabrın 27-də Vaşinqtonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev arasında danışıqlar aparılıb. Praqada İlham Əliyev-Ərdoğan-Paşinyan danışıqlarında məhz həmin sənəd müzakirə predmeti olub. Dünən isə İlham Əliyevlə Nikol Paşinyanın Soçidə görüşə və Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara biləcəyi barədə məlumatlar yayılıb”.
Bizim.Media xəbər verir ki, bu fikirlər İrəvanın “Past” qəzetində yer alıb.
Mənbə Rusiya görüşünün sırf “protokol” xarakterli olduğunu, “Vaşinqton” sənədinin isə Azərbaycanla Ermənistan arasında danışıqlarda əsas götürüldüyünü bildirib.
“Ola bilsin ki, Soçidən sonra Ermənistan sülh müqaviləsinin Qərb variantını imzalaya bilər. Birincisi, rəsmi İrəvan nəhayət, “Arsax”dan (Qarabağdakı qondarma rejim) imtina edəcək, ikincisi, Qərbə doğru Ermənistanın geosiyasi vektorunu dəyişmək üçün əsas məqsədini həyata keçirəcək”.
Mövzuya toxunan “Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan “Past” qəzetinə müsahibəsində vurğulayıb ki, içində Ermənistan üçün təhlükə yarada biləcək həmin sənədi bütünlüklə təqdim etmək çox çətindir, çünki dəqiq mətn hələ aydın deyil.
“Arsax” məsələsinə gəlincə, görünür, Ermənistan bu bölgə də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın verdiyi bəyanatlar, Ermənistan-Azərbaycan kontekstində aparılan söhbətlər, o cümlədən “Arsax” üzrə danışıqlar göstərir ki, Ermənistan nəinki “Arsax”ın təhlükəsizliyini təmin etmək və danışıqlar prosesinə rəhbərlik etmək missiyasından əl çəkib, həm də hesab edir ki, bu məsələnin həlli ilə Rusiya məşğul olmalıdır, çünki bu, Rusiya Federasiyasının yurisdiksiyasındadır.
Bütövlükdə bu proseslər ictimaiyyətin gözü qarşısında baş verir və indi Azərbaycan onların hüquqi təsdiqinə nail olmağa çalışır”.
“Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan sənədin Qərb variantının əsas məqsədlərini açıqlayıb: “Əsas məqam anti-Rusiya və anti-İran siyasətinin həyata keçirilməsidir, bu halda biz təkcə “Arsax”dan deyil, həm də Ermənistandan imtina edəcəyik. Düzdür, Qərb Ermənistanı məhv etmək fikrində deyil, amma bu baş verəcək”.
Tevanyanın sözlərinə görə, Qərb, xüsusən də Brüssel sülhə zəmanət verməyəcək. “Brüssel Paşinyanla birlikdə Ermənistanda anti-Rusiya isteriyasını qaldıracaq, rusları günahlandıracaq, amma bunun bizə heç bir faydası olmayacaq, sözügedən modellə faktiki olaraq Türkiyə hakimiyyətinə keçəcəyik.
Rusiya faktoru buradan gedəcək, İran faktoru sual altında olacaq, Ermənistanda isə vəziyyət Ukrayna və Suriyadan qat-qat pis olacaq. Nikol Paşinyanın siyasətinin mənası budur, baxmayaraq ki, onun özü də istənilən Qərb ölkəsinə qaçmaq şansı qazanacaq və bu, anti-Rusiya və anti-İran siyasətinə görə Qərbin ona verdiyi mükafat olacaq.
Paşinyanın insanları, ölkəni fəlakətə sürükləməyi, hadisə yerindən qaçmağı bacardığını isə 2008-ci il martın 1-də müşahidə etdik. İndi o, bunu daha geniş miqyasda edir, amma müxalifətçi kimi yox, dövlət başçısı kimi. O, dövlət başçısı kimi Ermənistana geosiyasi “1 mart” təqdim edir”.
“Sülh sazişi”nin qalan hissələrinə, delimitasiya-demarkasiya və regional kommunikasiya proseslərinə toxunan Tiqran Abramyan əlavə edib:
“Azərbaycan son iki ildə güc tətbiqi ilə delimitasiya və demarkasiya prosesini həyata keçirir. Azərbaycan Ermənistanla sərhəddə mövqelərini yaxşılaşdırıb, ölkəmizin yaşayış məntəqələrinə və mühüm kommunikasiyalara nəzarəti ələ keçirib. Azərbaycan güc tətbiqini sənədləşdirməyə çalışacaq. “Sülh sənədi” və ya “sülh müqaviləsi” çərçivəsində təqdim olunan proses əslində sülh deyil, ikinci kapitulyasiya aktıdır, Ermənistanın “ölümə” doğru getdiyi bir prosesidir”.
“Arsax” haqqında danışan Tevanyan əlavə edib ki, yuxarıda adı çəkilən “Vaşinqton” sənədinin rəsmi olaraq dərc edilməməsinə baxmayaraq, açıq rəsmi bəyanatlar var.
“İlham Əliyev Astanada dedi ki, Qarabağ Azərbaycanın bir hissəsi olacaq. O bildirib ki, Praqada məhz bu müzakirə olunub və heç kim bu yanaşmaya etiraz etməyib. Bu “heç kim”in arasında Paşinyan, Makron, Şarl Mişel var idi.
Bundan əlavə, Paşinyanın bəyanatı var ki, o, “Arsax”ı saxlaya bilmir. Ümumiyyətlə, söhbətin əsas məqsədi Qərb modeli ilə razılaşmaqdır. Ermənistanda Paşinyan belə bir fikir yayır ki, Ermənistanı xilas etmək üçün “Arsax”ı təslim etmək lazımdır. Amma əslində Ermənistanın öz məsələsi də masadadır və Qərb modelinin bütün mahiyyəti Ermənistanda və regionda Rusiya və İran faktorunu zəiflətmək, sonra isə onu nəhayət aradan qaldırmaqdır”.
Bizim.Media
- A-
- A
- A+
Region
15:38 / 25.10.2022
Paşinyan “Sülh müqaviləsi”ndən sonra Qərb ölkələrindən birinə qaçacaq - Erməni siyasətçilərinin ŞƏRHİ
Hazırda oxunan: Paşinyan “Sülh müqaviləsi”ndən sonra Qərb ölkələrindən birinə qaçacaq - Erməni siyasətçilərinin ŞƏRHİ
Hazırda oxunan: Paşinyan “Sülh müqaviləsi”ndən sonra Qərb ölkələrindən birinə qaçacaq - Erməni siyasətçilərinin ŞƏRHİ
101078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.