Dünyaca məşhur repçi, iş adamı və dizayner Kanye Uest (“Ye” yeni adı – red.) öz şəhərini yaradacaq.
Bizim.Media “Rolling Stone” nəşrinə istinadən xəbər verir ki, repçinin nümayəndələri “kainat” “Yecosystem” yaratmaq üçün də daxil olmaqla, bir neçə ticarət nişanı üçün adiyyatı orqanlarına müraciət ünvanlayıblar.
“Yecosystem”də yaşayış binaları, mağazalar olacaq və ilk evin tikintisinə noyabrda başlanılması planlaşdırılır. “Yecosystem”ə əlavə olaraq, bir sıra digər ticarət nişanlarının qeydiyyatı üçün müraciətlər edilib: “Yzyverse”, “Yxyverse” və “Yeezyverse”.
Nəşrin məlumatına görə, “Ye” dünyanı dəyişdirəcək və ya təsir edəcək bir şey yaratmaq niyyətindədir.
“O, insanların ağlına belə gəlməyən bir şey etməyə və bunu həyata keçirməyə çalışır”, - deyə nəşr bildirib.
Qeyd edək ki, Kanye Uestin ekstremist bəyanatları sosial mediada qalmaqala yaratmışdır. Səbəb kimi isə Paris Moda Həftəsində “Ye” “Ağların həyatı əhəmiyyətlidir” yazısı olan “sweatshirt” geyinməsi olub. Bu yaxınlarda “Balenciaga” brendi isə Kanye Uest ilə münasibətlərini kəsib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:33 / 25.10.2022
Kanye Uest indi də ŞƏHƏR YARADIR - FOTO
Hazırda oxunan: Kanye Uest indi də ŞƏHƏR YARADIR - FOTO
Hazırda oxunan: Kanye Uest indi də ŞƏHƏR YARADIR - FOTO
101041
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.