Azərbaycanın xarici ölkələrdə NƏ QƏDƏR əmlakı var? - Neft Fondu dəyərini AÇIQLADI

Hazırda oxunan: Azərbaycanın xarici ölkələrdə NƏ QƏDƏR əmlakı var? - Neft Fondu dəyərini AÇIQLADI

101040

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) indiyə qədər xarici ölkələrdə aldığı daşınmaz əmlakların sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bunu ARDNF-in Risklərin idarəedilməsi departamentinin baş təhlilçisi Toğrul Rəhimbəyli media nümayəndələri üçün təşkil edilmiş təlimdə bildirib. O qeyd edib ki, Fond tərəfindən xarici ölkələrdə indiyə qədər 500-dən çox daşınmaz əmlak alınıb:
 

MÖVZU İLƏ BAĞLI:

Neft Fondu 2 min nəfərin xaricdə təhsil almasına dəstək verəcək - AÇIQLAMA 


“Daşınmaz əmlakların ümumilikdə dəyəri 2 milyard 900 milyon dollardır. Bu vəsaitlərlə əsasən ofislər, ticarət obyektləri, yaşayış kompleksləri, sənaye zonaları, otellər və digər daşınmaz əmlaklar alınıb. Sözügedən əmlakların alınması, onların monitorinqi ilə bağlı xüsusi və böyük komanda işləyir. Qeyd edim ki, artıq alınmış daşınmaz əmlakların dəyəri artıb. Məsəl üçün 1 milyard dollar qiyməti olan daşınmaz əmlak dəyər qazanaraq 2 milyard dollar olub", - deyə ARDNF rəsmisi bildirib. 

Murad Elvira, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin