Fermerlərə sığorta ödənişləri TƏQDİM EDİLİB - FOTO 

Hazırda oxunan: Fermerlərə sığorta ödənişləri TƏQDİM EDİLİB - FOTO 

100958

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində fermerlərə dəyən zərərə görə sığorta ödənişləri davam etdirilir. Aqrar Sığorta Fondunun rəhbərliyi Qobustan rayonunda fermerlərlə görüşərək mart ayında baş verən fırtınadan dəyən zərərlə bağlı sığorta ödənişlərini təqdim ediblər. 

Bizim.Media xəbər verir ki, bu ilin mart ayında Qobustanda əsən güclü külək və qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə zərər vurub.  

Hadisə nəticəsində Ərəbqədim, Nardaran, Qobustan, Qaradüzlü, Ərəbşahverdi, Xilmilli kəndlərində fiziki və hüquqi şəxslərə məxsus olan ümumilikdə 500 hektara yaxın sığortalanmış taxıl sahəsi qasırğadan zərər görüb.
Aqrar sığorta ekspertləri tərəfindən araşdırma və qiymətləndirmə işləri aparıldıqdan sonra qanunvericiliyə uyğun olaraq sığorta ödənişlərinə başlanılıb.

Bu gün əkin sahələri fırtınadan zərər çəkən 12 fermerə ümumilikdə 50000 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Hazırda kompensasiyaların ödənilməsi prosesi mərhələli şəkildə davam etdirilir. 

Aqrar Sığorta Fondunun İdarə Heyətinin üzvü Roman Əmircanov bildirib ki, əldə edilən nəticələr Azərbaycanda aqrar sığortaya tələbatın yüksək olmasının və böyük potensialın göstəricisidir:

"Dövlət tərəfindən bu sahədə tətbiq edilən güzəşt mexanizmləri fermerlərə və şirkətlərə imkan verib ki, ciddi maliyyə yükü olmadan təsərrüfatlarını effektiv şəkildə sığortalasınlar. Dövlət tərəfindən fermerlərin subsidiyalarla dəstəklənməsi və aqrar sığorta mexanizminin özünü doğrultması kənd təsərrüfatını yüksək gəlirli sahəyə çevirir”.  

Qobustan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsənağa Hüseynov vurğulayıb ki, fermerlərin aqrar sığortaya marağı artır.
Fermerlər isə öz növbəsində qeyd ediblər ki, etibarlı sığorta mexanizminin işə düşməsi onların təsərrüfatını, gəlir və qazanclarının risklərdən qoruyur. Bunu əsas gətirən fermerlər digər kənd təsərrüfatı məhsullarının istehsalçılarına öz təsərrüfatlarını sığortalamağı tövsiyə ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin