“Azərbaycan Prezidentinin Ermənistanla bağlı bəyanatı ümidvericidir” - ABŞ-ın Gürcüstandakı səfiri 

Hazırda oxunan: “Azərbaycan Prezidentinin Ermənistanla bağlı bəyanatı ümidvericidir” - ABŞ-ın Gürcüstandakı səfiri 

100957

“Gürcüstanın vasitəçi rolunu yaxşı xatırlayırıq. Bir il əvvəl Azərbaycan-Ermənistan münaqişəsindən sonra müəyyən addımlar atıldı. Gürcüstanın vasitəçiliyi ilə hərbi əsirlər azad edildi. Bu, çox uğurlu bir addım idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan Azərbaycan Prezidenti İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında keçirilən görüşü şərh edərkən söyləyib. 

O, jurnalistlərin, Prezident İlham Əliyevin “Bizim Azərbaycan, Ermənistan və Gürcüstan arasında məsləhətləşmələr aparmaq imkanımız var, əgər Ermənistan hazırdırsa, bu gün bu formata başlamağa hazır olacağıq” bəyanatını necə qiymətləndirirsiniz sualına cavabında diplomat deyib: 

“Azərbaycan Prezidentinin bu bəyanatı ümidvericidir. Azərbaycan, Gürcüstan və Ermənistan arasında əməkdaşlığın və dialoqun qurula biləcəyi çoxlu müxtəlif sahələr var. Enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurula bilər. İlham Əliyevin bəyanatı bu baxımdan çox müsbət və ümidverici idi”. 
“Region dövlətlərinin liderlərinin bir-biri ilə görüşünün həmişə çox pozitiv və müsbət nəticələri olur”, - deyə səfir bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin