"Qarabağ"ın futbolçusu Riçard Almeyda UEFA-nın Ağdam təmsilçisi üçün hazırladığı repartah zamanı açıqlama verib.
Bizim.Media xəbər verir ki, o deyib ki, Azərbaycana gəlmək təklifi alanda nə özü, nə ailəm bu ölkənin harda olduğunu bilirdi:
"Google"da axtardıq. Ürəyimdə bunun doğru seçim olacağını hiss etdim və onlara bu fürsətdən istifadə etmək istədiyimi söylədim.
Avropanın ən böyük klubları növbəti rəqiblərinin Azərbaycanın "Qarabağ" klubu olduğunu görəndə bizə yuxarıdan aşağı baxırdılar. Təkcə 2017-ci ildə deyil, ümumimən oynadığımız hər şey haqqında bizimli əlaqəsi olanlar bilir.
Həmin il bizim üçün uğurlu oldu. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Həmin mövsüm doğrudan da bizim üçün əlamətdar idi".
Almeyda bildirib ki, "Qarabağ" dünyanın ən yaxşı komandalarından biridir:
"Bu klub onun üçün hər şey deməkdir. Həyatda qazandığım hər şey Tanrı və zəhmətim sayəsində oldu. Qurban Qurbanov, komanda yoldaşlarım, klubun prezidenti də hər zaman mənə kömək edir. Onlara minnətdaram".
O, daha sonra vurğulayıb:
"Klub hər gün inkişaf eləmək və "Qarabağ"ı Azərbaycandan kənara çıxarmaq istəyir ki, Avropa bizim nə istədiyimizi bilsin".
Bizim.Media
- A-
- A
- A+
İdman
22:02 / 24.10.2022
"Qarabağ" dünyanın ən yaxşı komandalarından biridir” - Almeyda
Hazırda oxunan: "Qarabağ" dünyanın ən yaxşı komandalarından biridir” - Almeyda
Hazırda oxunan: "Qarabağ" dünyanın ən yaxşı komandalarından biridir” - Almeyda
100942
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.