"Ümid edirəm ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayacaq" – İlham Əliyev

Hazırda oxunan: "Ümid edirəm ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalayacaq" – İlham Əliyev

100867

"Ümid edirəm ki, Ermənistan tərəfi siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"İkinci Qarabağ müharibəsindən sonra yaranmış vəziyyətlə bağlı, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişatı ilə bağlı mən Baş naziri məlumatlandırdım. Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Hər halda bizim niyyətimiz bundan ibarətdir və beş əsas prinsipdən ibarət biz öz təkliflərimizi Ermənistan tərəfinə təqdim etdik.

Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq.

Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək. Eyni zamanda əməkdaşlıq üçün imkanlar yaranacaq", - dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin