Ermənilər gürcüləri provakasiyaya çağırdı – Bura xristianların torpağıdır! - VİDEO

Hazırda oxunan: Ermənilər gürcüləri provakasiyaya çağırdı – Bura xristianların torpağıdır! - VİDEO

10083

Ermənilər növbəti dəfə təxribat törədərək bu dəfə də Azərbaycan və gürcü xalqları arasında çaxnaşma yaratmaq istəyiblər.

Bizim.Media xəbər verir ki, Gürcüstanda sırf azərbaycanlılar yaşayan ərazilərinə xaçların qoyulması haqqında yayılan video ermənilərin əlinə yeni provakasiya yaratmaq üçün şərait verib.
 

MÖVZU İLƏ BAĞLI

Gürcüstanda ermənilərin 30 yük maşını darmadağın edildi - VİDEO


Belə ki, yayılan görüntüdə eks deputat Lorkipanidze adlı şəxs ərazilərə xaçların basdırılmasını həyata keçirir.

Bu videodan sonra ermənilər sosial şəbəkələrdə provakasiya apararaq, həmin ərazilərdə əsrlər boyu xaçpərəstlərin yaşadıqlarını yazaraq, gürcüləri oradan türkləri qovub çıxarmağa çağırıb.

Bundan başqa ermənilər postlarında vaxtıkən işğal etdikləri Azərbaycan torpaqlarında hər tərəfə xaç “əkmədiklərinə” görə peşmanlıq keçirdikləri barədə də qeyd ediblər.

Hadisəyə bu cür müdaxilədə ermənilərin tək məqsədi hər zaman yaxşı münasibətdə olan iki xalqın arasına nifaq salıb, yeni təxribat törətməkdir.

Lakin Gürcüstanda yaşayan azərbaycanlılar bu provakasiyaya uymayaraq, hadisəyə sağlam düşüncə ilə yanaşıblar.

Bundan başqa azərbaycanlıların gürclərə qarşı heç vaxt torpaq iddiası olmayıb. Orada azərbaycanlılar məskunlaşsa belə, inzibati ərazi Gürcüstan respublikası sayılır.

Hər kəs bu torpaqlarda öz əqidəsinə uyğun şəkildə yaşayıb yarada bilir.

Vüsalə Balayeva, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin