"Ötən gün Xəzər dənizində 4.5 bal gücündə baş verən zəlzələ Badamdar qəsəbəsində baş verən sürüşmənin aktivləşməsinə səbəb olub".
Bizim.Media xəbər verir ki, bunu Səbail Rayonu Badamdar şossesində baş verən sürüşmə zonasına gələn Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.
MÖVZU İLƏ BAĞLI:
Eldar Əzizov sürüşmə ərazisinə gəldi
Onun sözlərinə görə, sürüşməyə görə fərdi yaşayış evinə və Fövqəladə Hallar Nazirliyi tərəfindən vaxtilə fəaliyyəti dayandırılıan iaşə obyektinə zərər dəyib.
Bizim.Media