Aydın Kazımzadə: "Kişilər kişi olsalar, qadınlarımız pis yola getməzlər" - VİDEO

Hazırda oxunan: Aydın Kazımzadə: "Kişilər kişi olsalar, qadınlarımız pis yola getməzlər" - VİDEO

100727

"Qadını xoşbəxt etmək çətin deyil, onlar diqqət istəyir. Öz ananı sevdiyin kimi həmin qadını istəsən, o sənin hər zaman qulluğunda hazır olacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə qonaq olduğu "Açıq söhbət" verilişində deyib.

Sənətkar, ailədə yaranan problemlərə görə həmcinslərini günahlandırıb:

"Kişilər evlənənə qədər qadının arxasınca sürünür, ailə qurduqdan sonra diqqət azalır. Günah qadında deyil. Qadını pis yola çəkən onun öz əridir, kişidir. Kişilər kişi olsalar, qadınlarımız pis yola getməzlər. Bu aksiomadır".

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin