BƏƏ şirkəti Azərbaycanda sayğac istehsalına 26 milyon manat yatıracaq

Hazırda oxunan: BƏƏ şirkəti Azərbaycanda sayğac istehsalına 26 milyon manat yatıracaq

100681

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni rezident – Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə İZİA məlumat yayıb.

Bildirilib ki, bununla da, Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.

BƏƏ kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə müəssisəni inşası üçün Sənaye Parkında 1 hektar ərazi ayrılıb.

Şirkət burda elektrik avtomat və sayğac istehsal edəcək. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin