XİN-nin təşkilatçılığı ilə Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilib - FOTO 

Hazırda oxunan: XİN-nin təşkilatçılığı ilə Beynəlxalq Xeyriyyə Yarmarkası keçirilib - FOTO 

100647

Bakıda Heydər Əliyev adına İdman Konsert Kompleksində Xarici İşlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisinin və Qoşulmama Hərəkatının Gənclər Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Xeyriyyə Yarmarkası təşkil olunub.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Qeyd olunub ki, tədbirin təşkilinə həmçinin Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA), Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Gənclər Fondu, BP Azərbaycan və iTicket.az şirkətləri də töhfə verib.
Yarmarka Azərbaycan – BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 ilinin tamam olması və hər il dünyada 24 oktyabr tarixində qeyd olunan BMT Gününə həsr olunub. Tədbirə 40-dan artıq ölkə qatılıb.

Tədbirin açılışında çıxış edən nazir Ceyhun Bayramov Azərbaycanda ilk dəfədir bu formatda təşkil olunmuş tədbirin xarici ölkələrin mədəniyyətinin, mətbəxinin və musiqilərinin ölkəmizdə təqdim edilməsi üçün faydalı olduğunu diqqətə çatdırıb.

Sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vəzifələrini icra edən Quido Ambroso çıxış edərək, təşkil olunmuş tədbirin tədbirdə iştirak edən ölkələrlə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir çərçivəsində müxtəlif ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndəlikləri tərəfindən təmsil etdikləri ölkələrin mədəniyyətlərini tərənnüm edən milli mətbəx nümunələri və suvenirlər xeyriyyə məqsədilə satışa çıxarılıb.
Tədbirdə iştirak edən ölkələrin və Azərbaycanın milli rəqs və musiqi nömrələrindən ibarət geniş mədəni proqram nümayiş olunub.

Tədbirə giriş və müsabiqədə iştirak üçün biletlərin satışı, eləcə də yarmarkada həyata keçirilən satışlardan əldə olunan ümumi vəsait BMT-nin Uşaqlar Fondunun (YUNISEF) Azərbaycanda fiziki imkanları məhdud uşaqlarla bağlı həyata keçirdiyi layihənin maliyyələşdirilməsinə sərf olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin