Qazaxda yeni doğulmuş körpənin ölümü ilə bağlı cinayət işi açıldı

Hazırda oxunan: Qazaxda yeni doğulmuş körpənin ölümü ilə bağlı cinayət işi açıldı

100586

Qazax Rayon Mərkəzi Xəstəxanasında yenidoğulmuş körpə ölüb, cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-ya Qazax Rayon Prokurorluğundan məlumat verilib. 

Qazax rayon sakini Könül Şabanovanın 19.06.2022-ci il tarixdə “Qazax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılıb. 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd olunan xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməmiş, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməmiş, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməmişdir.

Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməmiş və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb. 
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin