Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci final görüşünü keçirib.
Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster növbəti dəfə polşalı Yan Kşiştof-Duda ilə qarşılaşıb.
Məmmədyarov 2-ci dueldən 2,5:0,5 hesabı ilə qalib ayrılsa da, tay-brekdə rəqibi ilə bacarmayıb - 0:1. Nəticədə Azərbaycan təmsilçisi turniri 2-ci pillədə başa vurub.
Qeyd edək ki, tərəflər arasındakı ilk final görüşü dünən baş tutub və Şəhriyar Məmmədyarov 1:3 hesabı ilə məğlub olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
00:58 / 22.10.2022
Şəhriyar Məmmədyarov “Aimchess Rapid”in 2-cisi oldu
Hazırda oxunan: Şəhriyar Məmmədyarov “Aimchess Rapid”in 2-cisi oldu
Hazırda oxunan: Şəhriyar Məmmədyarov “Aimchess Rapid”in 2-cisi oldu
100572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.