“Qarabağ”ın zədəli futbolçularının vəziyyətlərinə aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Azərbaycan Premyer Liqasının XI turunun “Turan Tovuz”la matçında sıradan çıxan Bədavi Hüseynov və məşqdə zədələnən Şahruddin Məhəmmədəliyev komandanın bugünkü məşqində iştirak etməyiblər.
Bildirilib ki, həkim müayinəsindən sonra hər iki oyunçunun vəziyyətinin ağır olmadığı, bununla belə, bir müddət məşqlərə qoşula bilməyəcəyi aydınlaşıb: “Onların komandanın növbəti hazırlığında iştirak edib-etməyəcəkləri də bəlli deyil”.
Məlumatda həmçinin qeyd edilib ki, oyunçuların mövcud zədələri onların Avropa Liqasının qrup mərhələsinin “Nant”la matçında oynamaqlarına əngəl deyil:
“Ancaq buraxılan məşqləri nəzərə alsaq, hər iki futbolçunun hazırlıq səviyyəsinin necə olacağı şübhəlidir. Bu səbəbdən həm Şahruddin, həm də Bədavinin Fransada meydana çıxıb-çıxmayacaqları ilə bağlı yekun qərarı baş məşqçi verəcək”.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:14 / 21.10.2022
“Qarabağ”ın zədəli futbolçularından XƏBƏR VAR
Hazırda oxunan: “Qarabağ”ın zədəli futbolçularından XƏBƏR VAR
Hazırda oxunan: “Qarabağ”ın zədəli futbolçularından XƏBƏR VAR
100556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.