Əmək miqrasiyası kvotasına edilən dəyişiklik təklifləri hökumətə TƏQDİM OLUNACAQ

Hazırda oxunan: Əmək miqrasiyası kvotasına edilən dəyişiklik təklifləri hökumətə TƏQDİM OLUNACAQ

100522

Gələn il üçün də əmək miqrasiyası kvotasına dair təkliflər ölkənin əmək ehtiyatları və əmək bazarında işəgötürənlərin işçi qüvvəsinə tələbləri ilə bağlı aparılmış təhlillər, əmək bazarı ilə bağlı proqnozlar əsasında hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

O, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin Azərbaycanın əmək bazarında da inkişaf meyllərinin davamlı xarakter almasına imkan verdiyini vurğulayib.

Qeyd olunub ki, bu gün dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmiz xarici əməkçi miqrantları üçün də cəlbedicidir. 

Hər il üçün aidiyyəti qurumlarla birgə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanan zaman ölkənin iqtisadi inkişaf tendensiyaları və əmək bazarının inkişafı üzrə müasir çağırışlar, yerli əmək ehtiyatları təhlil olunur, bu sahədə müvafiq proqnozlar nəzərə alınır.

İclasda iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, xarici işlər nazirinin müavini Xələf Xələfov, təhsil nazirinin müavini İdris İsayev, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov təkliflərlə bağlı fikirlərini bildiriblər.
Müzakirələrin yekununda 2023-cü il üçün əmək miqrasiyası kvotasına, eyni zamanda 2022-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına edilmiş dəyişikliklərlə bağlı təkliflərin baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunması qərara alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin