Badamdardakı sürüşmənin səbəbi açıqlandı

Hazırda oxunan: Badamdardakı sürüşmənin səbəbi açıqlandı

10044

“Hazırda mütəxəssislər Badamdar yolunun 7 km-nə gedən yolun sağ yamacında baş verən sürüşmə prosesi ilə bağlı ilkin müşahidələr aparır”.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

Badamdarda sürüşmə oldu - obyektə ziyan dəydi - YENİLƏNDİ

 

Onun sözlərinə görə, sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb:

“Sürüşmənin dilinin minimal hündürlüyü 90 sm-dən yuxarıdır və yolun aşağı sol sahilində tikilmiş restoran binasının qarşı tərəfində artıq bəzi dağıntılar baş verib”.

Xidmət rəisi qeyd edib ki, ilkin müşahidələrə görə yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar kütlənin təsiri ilə dayanıqlığını itirib:

“Nəticədə süxur aşağı sürüşüb. Süxurlar göründüyü qədər islanmış süxurlardır. İlkin müşahidələrə görə süxur kütləsinin altından su sızması müşahidə olunmaqdadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin