Rusiya televiziyasında Azərbaycana qarşı TƏXRİBAT - VİDEO

Hazırda oxunan: Rusiya televiziyasında Azərbaycana qarşı TƏXRİBAT - VİDEO

100425

Rusiyanın “Pervıy kanal”ında yayımlanan “Bolşaya İqra” adlı verilişində Azərbaycana qarşı növbəti təxribat törədilib.

Bizim.Media xəbər verir ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsinə həsr olunan müzakirələr zamanı tok-şounun qonaqları olan ekspertlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırış və bəyanatlar səsləndirilib. 

Belə ki, verilişdə Rusiyanın ən böyük ermənipərəst ekspertləri Nataliya Naroçnitskaya və Anrdranik Miqranyan yer alıb. 

Miqranyan çıxışı zamanı Rusiya üçün Qarabağın “status” məsələsinin heç vaxt gündəmdən düşmədiyini bildirib. O, Qarabağ nizamlanması ilə bağlı Moskvanın planının sonrakı mərhələsində “status” məsələsinin yer aldığını iddia edib.

Verilişin sonunda isə digər ekspert Natalya Naroçnitskaya aparıcı Nikonovun sözünə müdaxilə edərək “Qarabağ əzəli erməni torpağıdır” deyə qeyd edib.  

“Pervıy Kanal”ın efirində baş verənlər, ölkəmizə qarşı təxribatçı bəyanatlar Rusiya kütləvi informasiya vasitələri ilə yanaşı televiziya kanallarının da Azərbaycanda yayımının dayandırılması məsələsini gündəmə gətirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin