Şəkidə toyda kütləvi zəhərlənmə - ADLAR

Hazırda oxunan: Şəkidə toyda kütləvi zəhərlənmə - ADLAR

100414

Şəkidə yeddi nəfər toyda zəhərlənib. 

Bizim.Media xəbər verir ki, hadisə Şin kəndində yerləşən "Şin" şadlıq sarayında qeydə alınıb.

Toya qonaq qismində gələn Baş Göynük kənd sakinləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Həmin şəxslər aşağıdakılardır: 

Əhmədov Rəcəb Şərif oğlu (1953)

Əsgərov Əsgər Qara oğlu (1958) 

Aslanova Səyarə İbrahim qızı (1961) 

Aslanova Vüsalə Sabir qızı (1975) 

Cəfərova Bahar Musa qızı (1972) 

Cəfərova Surayə Həsən qızı (1962) 

Aydəmirov Hidayət Həsən oğlu (1958) 


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Qafqazinfo.az”a bildirib ki, daxil olmuş məlumat əsasında  Şəki Şəhər Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən şadlıq sarayına baxış keçirilib:

“İstifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Xəstəxanaya müraciət edən yeddi nəfərin hər birinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Faktla bağlı araşdırma aparılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin