“Ermənistan və Azərbaycanda yad qüvvələrin olmasına qarşıyıq” – İran XİN 

Hazırda oxunan: “Ermənistan və Azərbaycanda yad qüvvələrin olmasına qarşıyıq” – İran XİN 

100407

”İran İslam Respublikası bu bölgədə, o cümlədən Azərbaycan və Ermənistanda yad qüvvələrin mövcudluğuna qarşı çıxır".  

Bizim.Media xəbər verir ki, bunu Ermənistanda rəsmi səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bildirib. 

O, Ermənistanla uzunmüddətli əməkdaşlıq xəritəsinin hazırlandığı və sənədinin imzalandığını söyləyib: 

“Tehran və İrəvanın bölgədə əməkdaşlıq üçün çoxlu imkanları və həm də ortaq narahatlıqları var. Biz həll yolları tapmağa və bu səfər zamanı uzunmüddətli perspektiv yolunu müəyyənləşdirməyə çalışırıq.

Bundan öncə də erməni həmkarımla bir sıra məsələlərdə razılığa gəlmişik. İstər Azərbaycanda, istərsə də Ermənistanda yad qüvvələrin regionda olmasının əleyhinəyik və bu səfər bir fürsətdir. Hazırkı səfər zamanı strateji məsələləri, birgə regional əməkdaşlığı Ermənistanın yüksək səviyyəli rəsmiləri və həmkarımla müzakirə edəcəyəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin