Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, AQTA-dan verilən məlumata görə, Qazaxıstan Respublikasında fəaliyyət göstərən "ТИМУР" fərdi sahibkar tərəfindən istehsal olunan və Azərbaycan Respublikasına “TechnicAz” MMC tərəfindən idxal olunan 650 ton soğan məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində məlum olub ki, məhsullarda nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır.
Agentlik tərəfindən məhsulların istehlak üçün yararsız olması ilə bağlı qərar qəbul edilib və həmin məhsul partiyasının satışına icazə verilməyib.
Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:32 / 28.01.2021
Qazaxıstandan alınan 650 ton soğan yararsız çıxdı
Hazırda oxunan: Qazaxıstandan alınan 650 ton soğan yararsız çıxdı
Hazırda oxunan: Qazaxıstandan alınan 650 ton soğan yararsız çıxdı
10033
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.