Yanvarın 28-də Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə respublikanın qaz təsərrüfatında mövcud problemlərə, o cümlədən qazdan səmərəli və təhlükəsiz istifadə qaydalarına həsr olunmuş videoformatda iclas keçirilib.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, iclasda mövcud problemlərin həlli istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
MÖVZU İLƏ BAĞLI:
Nazirlər Kabineti 2021-ci ilin prioritetlərini müəyyənləşdirdi - FOTO
İqtisadi Şuranın növbəti iclası keçirildi - FOTO
İclasda Azərbaycan Respublikası Baş Prokurorluğunun, Energetika, Fövqəladə Hallar, Ədliyyə, Maliyyə, İqtisadiyyat nazirliklərinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, SOCAR-ın və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi iştirak edib.
Bizim.Media