Şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərəcək.
Bu barədə Bizim.Media-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Yerində xidmətin tətbiqi fevralın 1-dən sonra mümkün olacaq:
MÖVZU İLƏ BAĞLI:
Həftəsonu kafe və restoranlar yerində xidmət göstərəcək? - AÇIQLAMA
“Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə yeni məlumat yoxdur. Bununla bağlı əlavə məlumat veriləcək”.
O ki qaldı “Bakı Metropoliteni”nin fəaliyyətinin bərpasına, bu məsələ də hələ öz həllini tapmayıb. Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov bildirdi ki, bununla bağlı Operativ Qərargahın məlumatını gözləyirlər.
Gülşanə Mustafayeva, Bizim.Media