“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov həbs olunub

Hazırda oxunan: “Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov həbs olunub

10023

“Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov həbs olunub.

Bizim.Media xəbər veri ki bu barədə sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında məlumatlar paylaşılıb.

Rasim Məmmədov “Baku Steel Company” ilə yanaşı “Baku Oxford School”-un da təsisçilərindəndir.

Rasim Məmmədovun saxlanılma səbəbi kimi, müəllifi olduğu ciddi maliyyə maxinasiyaları əsas göstərilir. 

Rasim Məmmədov Fövqaladə Hallar nazirinin müavini, AMEA-nın Prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin yaxın dostudur. 

Rasim Məmmədovun adı illərdir ki, mətbuat səhifələrindən düşmür. Onun digər sahibkarlara, Zülfüqarlı qardaşlarına məxsus zavodlara reyder hücumları, iş adamlarının əllərindən zavodların zor gücünə alınması, bununla kifayətlənməyərək müəssisələrdəki domna sobalarının sıradan çıxarılması, istehsal xətlərinin məhv edilməsi kimi əməlləri ümumilikdə bu sahədə durğunluq yaradıb. 

Qeyd edək ki, “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verilən məlumata görə, bu şirkətlə yanaşı Rasim Məmmədova məxsus “Baku Steel Construction” ASC-nin də (əvvəlki adı “Bakı Poladtökmə” ASC) 676 276,08 manat vergi borcu var. Beləliklə, 2 şirkətin ümumi borcu 1 milyon 277 min 786,26 manat təşkil edir. 

Bizim.Meda

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin