Almaniyanın bu hərəkəti rəsmi Kiyevdə qıcıq yaratdı

Hazırda oxunan: Almaniyanın bu hərəkəti rəsmi Kiyevdə qıcıq yaratdı

100198

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer oktyabrın 20-nə planlaşdırılan Kiyev səfərini ləğv edib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Ştaynmayerin Ukraynanın paytaxtına səfəri bir neçə həftə ərzində razılaşdırılıb. Lakin Almaniya dövlət başçısının ofisi səfərin ləğvini “təhlükəsizlik səbəbi ilə” əsaslandırıb. 

Rəsmi Kiyevdə belə bir addım narazılıq və hətta qıcıq yaradıb. 

“Almaniya Prezidenti səfərini ləğv edərkən, hazırda Ukraynanın paytaxtında olmaq istəyən çoxlu xarici diplomatlar və qonaqlar var”, - Ukrayna hökumətinin sözçüsü “Bild” nəşrinə açıqlamasında bildirib 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin