Almaniya şirkətləri Azərbaycana Qarabağın bərpası ilə bağlı təkliflər təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman şəxsi “Twitter” hesabında yazıb.
“Mən çox şadam ki, bu gün Azərbaycana öz təkliflərini, o cümlədən Qarabağın yenidən bərpası ilə bağlı təkliflərini təqdim edən səkkiz alman şirkətini qarşılaya bildim”, - deyə səfir qeyd edib.
Bizim.Media
Mən çox şadam ki, bu gün ?? Azərbaycana öz təkliflərini, o cümlədən Qarabağın yenidən bərpası ilə bağlı təkliflərini təqdim edən səkkiz ?? alman şirkətini qarşılaya bildim.#RebuildKarabakh #BakuBuild pic.twitter.com/tBIShSD1Cq
— Ambassador Dr. Ralf Horlemann (@GerAmb_Baku) October 19, 2022