Avtobus zolağına QANUNSUZ müdaxilə olundu – FOTO 

Hazırda oxunan: Avtobus zolağına QANUNSUZ müdaxilə olundu – FOTO 

100083

Babək prospektindəki avtobus zolağına qanunsuz müdaxilə olunub. Ərazidə qanunsuz ticarət getdiyi üçün ictimai nəqliyyatın hərəkətində çətinliklər yaranır. Üstəlik pik saatlarda tıxac gərginliyini artırır.

Bizim.Media xəbər verir ki, bu barədə görüntü sosial şəbəkələrdə paylaşılıb. Fotodan da göründüyü kimi avtobus zolağında qarpız satılır.

Şərhlərdə ərazinin böyük bir hissəsinin ticarət obyektləri tərəfindən zəbt olunduğu və bu səbəbdən rahat hərəkətin mümkünsüzlüyü də qeyd olunub. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev araşdırılıb, müvafiq tədbirlər görüləcəyini qeyd edib.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin