“Azərbaycan postmünaqişə dövrünə daxil olub. Erməni işğalı nəticəsində torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın geri qaytarılması bu gün ölkəmizin qarşısında dayanan prioritet məsələdir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bu gün Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, son 2 ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard dollardan artıq vəsait yönəldilib.
“İşğaldan azad edilmiş ərazilərdə infrastruktur ermənilər tərəfindən tamamilə məhv edilib. İndi həmin ərazilərin sıfırdan bərpası lazımdır. Lakin ermənilərin həmin əraziləri minalarla çirkləndirməsi yenidənqurma və bərpa işləri qarşısında dayanan əsas maneədir. Ermənilər hələ də mina xəritələrini verməkdən imtina edirlər. Xəritələrin dəqiqliyi isə heç 25 faiz deyil. Bu günə qədər 3300-ə yaxın insan mina qurbanı olub”, - deyə nazir müavini əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:10 / 19.10.2022
"Ermənistan mina xəritələrini verməkdən imtina edir" - XİN
Hazırda oxunan: "Ermənistan mina xəritələrini verməkdən imtina edir" - XİN
Hazırda oxunan: "Ermənistan mina xəritələrini verməkdən imtina edir" - XİN
100082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.