Rusiya Donetski atəşə tutub - Ölənlər və yaralananlar var

Hazırda oxunan: Rusiya Donetski atəşə tutub - Ölənlər və yaralananlar var

100065

Rusiya Silahlı Qüvvələrinin son sutkada Ukraynanın Donetsk vilayətinin Kuraxovo, Baxmut, Kurdyumovka və Seversk yaşayış məntəqələrini atəşə tutması nəticəsində 4 dinc sakin ölüb, 12-si yaralanıb. 

Bizim.Media “RBC Ukraina”ya istinadən xəbər verir ki, bu barədə vilayətin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib. 

Onun sözlərinə görə, Ukraynanın Liman şəhərinin Rusiyanın işğalı altında olan zaman öldürülən səkkiz dinc sakinin isə meyiti aşkarlanıb. 

Belə ki, işğal dövründə Rusiya hərbçiləri tərəfindən Donetskin Liman və Svyatoqorsk şəhərlərindəki yaşayış binalarının 90 faizi dağıdılıb. Ümumilikdə, vilayət üzrə müharibə nəticəsində 1 046 dinc sakin öldürülüb, 2 436 nəfər isə yaralanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin