Paytaxtda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib

Hazırda oxunan: Paytaxtda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib

100040

Bakıda maskalı şəxs yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib.  

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. 

Belə ki, Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə oktyabrın 17-də saat 5 radələrində Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə gələn maskalı şəxsin orada operator işləyən Bakı şəhər sakini O.Əsədzadəni bıçaqla hədələyib 250 manatını alması barədə müraciət daxil olub.  

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Əliyev müəyyən olunaraq saxlanılıb.  
Araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin