Qarabağdakı şəhərlərin baş planlarının hazırlanmasına xarici şirkətlər də cəlb edilib

Hazırda oxunan: Qarabağdakı şəhərlərin baş planlarının hazırlanmasına xarici şirkətlər də cəlb edilib

580305
Qarabağda olan şəhərlərin baş planlarının hazırlanmasına yerli şirkətlərlə yanaşı xarici şirkətlər də cəlb edilib.
 
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakıda keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
 
A.Quliyevin sözlərinə görə, artıq Ağdamın baş planı bitib: "Artıq Ağdam şəhərinin baş planı hazırlanıb və razılaşdırılıb. Füzuli rayonunun da baş planı hazırlanıb və razılaşdırılması prosesi gedir".
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin