Haqqımızda

2020-ci il 27 sentyabr tarixindən fəaliyyətə başlayan "Bizim.Media" internet resursunun yaradılma səbəbi, müstəqil informasiya siyasəti həyata keçirməkdən və Azərbaycan informasiya məkanına fərqli yanaşma gətirməkdən ibarətdir! 

"Bizim.Media" saytı üzərindən Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı hadisələri izləyə və xəbərdar ola bilərsiniz.

Müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları üçün də azad platforma olan saytımızda, kreativ tərzin və heç bir sosial qrupa qarşı ayrı-seçkilik etməyən obyektiv, müstəqil münasibətin şahidi olacaqsınız. Media qurumu olaraq xəbər istehsalında vətəndaş jurnalistikasının yaxından iştirakına şərait yaradır və müəllif hüquqlarına ciddi riayət olunduğunu bildiririk.

İnformasiya portalının baş redaktoru Anar Tahirovdur.

Redaksiyamızda fəaliyyət göstərən "qaynar-xətt" vasitəsilə vətəndaşların qarşılaşdığı hadisə və problemlərin operativ işıqlandırılmasına və həllinə bütün imkanlarımız ilə hazırıq!

XƏBƏR LENTİ