ANS-in aparıcısı “Space”x9ddə işə başladı ”“ MÜSAHİBƏ

Hazırda oxunan: ANS-in aparıcısı “Space”x9ddə işə başladı ”“ MÜSAHİBƏ

93993

ANS telekanalında tanınan teleaparıcı Zəhra Rüstəm-Osmanova fəaliyyətinə bir müddət idi ki, ara vermişdi. Təqribən 2 illik fasilədən sonra o, yenidən efir məkanına qayıdıb. Özü də “Space”x9d telekanalında.

xa0

Publika.az jurnalistdən müsahibə götürüb.

xa0

  • Neçə ildir ANS-dən ayrılmısınız?

  • 2013-cü ildən ANS telekanalından ayrılmışam. Ana olduqdan sonra uşağıma daha çox vaxt ayırmalı idim. Bu səbəbdən ərizəmi yazıb, işdən ayrılmalı oldum.

xa0

  • 2 il televiziyadan ayrı qalandan sonra efir məkanına əlidolu qayıtmısınız, yoxsa əliboş? Yəni yeni ideyalar varmı?

  • Televiziyadan uzaq qalmamışam. Mən elə tənbəl analardan deyiləm. Bu iki il ərzində İncəsənət Universitetində magistr təhsili aldım. Ümumrespublika Teatr Festivalında öz tamaşamla iştirak etdim. Ən əsası, Bakı 2015 Avropa Oyunlarında rəsmi aparıcılardan biri oldum. Bu, mənim üçün böyük uğur idi. Bütün bu işlərdə həyatxa0yoldaşım Cavid mənə çox dəstək verdi. Təkbaşına bu işlərin öhdəsindən gələ bilməzdim. Caviddən başqa anam da mənəxa0 mənəvi dəstək olurdu.

xa0

  • Cavid necə kömək edirdi?

  • Cavid daha çox maddi kömək edirdi. Cünki mən işləmirdim. 2 il ərzində bütün yük məhz Cavidin üzərində idi.

xa0

  • Cütlük olaraq birlikdə veriliş aparmaq fikriniz necə, yoxdur?

  • Hələ kixa0uşaqla alınmır. Belə bir layihəyə imza atsaq, uşağa ayırmağa vaxtımız qalmaz.xa0Bir az böyüsün, var gücümüzlə yeni layihələrə başlayacağıq.

xa0

  • Necə oldu “Space”x9ddə işə başladınız?

  • Təklif “Space”x9ddən gəldi. Mən də düşünüb, təklifi dəyərləndirdim.

xa0

  • Veriliş nədən bəhs edəcək?

  • Mədəniyyət aləmində baş verənlərdən. Həftəiçi hər gün xəbər verəcəyəm. Yeni verilişim “Sənətsevər”x9d adlanır.

xa0

  • Tamaşaçıların yaddaşında daha çox hava proqnozunun və “Ağıl dəryası”x9d verilişinin aparıcısı kimi qalmısınız. Mədəniyyət sahəsində aparıcılıq etmək çətin olmayacaq?

  • Əksinəxa0ANS-də ilk olaraq “Salam, Azərbaycan!”x9d verilişində mədəniyyət müxbiri və aparıcısı kimi işə başlamışam.xa0 Bu sahə üzrə kifayət qədər təcrübəm var. Odur ki, heç bir çətinliyim olmayacaq. Həm də yeni çalışdığım kollektivdə peşəkar insanlar çoxdur. Verilişin prodüseri Nicat İsmayılov, müxbiri Sevinc Xeyrullayevadır.xa0Bütün texniki heyət də peşəkar insanlardır. Ən əsası isəxa0mən mədəniyyət xəbərlərini sevirəm. Ona görə işimdən xüsusi zövq alacağam.

xa0

  • “Sənətsevər”x9ddə şou biznes də olacaq?

  • Yox, qətiyyən! Hesab edirik ki, incəsənət sahəsində olan insanlara xüsusi diqqət ayırmaq lazımdır. Yeni formatda bir verilişdir. Bu aydan efirdə olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin