İqtisadçı millət vəkili Vahid Əhmədovun Moderator.az - a verdiyi müsahibənin birinci hissəsini təqdim edirik:
- Vahid müəllim, prezidentin elan etdiyi “Kənd təsərrüfatı ili”x9d 4 aydan sonra başa çatır, amma kəndlinin qayğıları başından aşır. Taxıl əkən də qan ağlayır, çəltik səpən də, pambıq yığmağa hazırlaşan da. Az qala hər gün regionlardan fermerlərin şikayətlərini dinləməli oluruq. Bir sözlə, “Kənd təsərrüfatı ili”x9dndə gözləntilər özünü doğrultmadı və buna görə də hamı pərişandır. Kimdir günahkar?
- Gəlin razılaşaq ki, prezident 2015 - ci ili sadəcə kənd təsərrüfatı ili elan etməklə kifayətlənmədi və il boyu bu sahənin inkişafı üçün müxtəlif addımlar atdı və elə sonuncu sərəncamla ayrılan vəsaiti xatırlatmaq kifayət edər ki, dövlət başçısı tərəfindən bu sahəyə diqqət və qayğı göstərildiyinə əmin olaq. Etiraf edilməlidir ki, ümumiyyətlə kənd təsərrüfatı iqtisadiyyatın ən ağır sahələrindəndir və bütün dünyada dotasiya ilə işləyir. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada kənd təsərrüfatı dövlət dotasiyası olmadan özünü saxlasın və dolandırsın. Azərbaycan da istisna deyil. Əksinə, Azərbaycanda kənd təsərrüfatının inkişafının ləng getməsi subyektiv amillərlə yanaşı bəzi obyektiv səbəblərə də əsaslanır. Qeyd etdiyiniz sahələrin inkişafı üçün sovetlər dönəmində olduqca böyük əmək və maddi vəsait sərf edilirdi, ama yenə də məhsulun maya dəyəri xeyli yüksək olurdu. Buna baxmayaraq sovetlər dönəmində istər pambıqçılıqda, istər üzümçülükdə rekordlara imza atılırdı, ölkə az qala kənd təsərrüfatı ilə nəfəs alırdı. Doğrudur, çəltikçilik kənd təsərrüfatının yeni sahəsidir, amma taxılçılıq, pambıqçılıq və üzümçülük ölkənin məşğul əhalisinin yarıdan çoxunun dolanışığının əsas mənbəyi olub. Amma bu gün bu sahələrdə müəyyən problemlər yaşanır, xüsusən bir neçə gündən sonra yığımına başlanılacaq pambıq istehsalında müəyyən durğunluq hökm sürür. Fermerlərin şikayətləri bizə də gəlib çıxır ki, 21 fevral devalvasiyasından sonra banklarda yaranan böhran səbəbindən onların məhsulunu alacaq şirkətlərdə vəsait çatışmazlığı yarandığından məhsullarının sahələrdə qalaraq məhv olması təhlükəsi yarana bilər. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyndə oturanlar bu problemləri bilməmiş deyillər və onlar bu məsələdə ciddi böhran yaşanmaması üçün təxirəsalınmaz işlər görəcəklər. Bilirsiniz, Azərbaycanda ciddi vəsait çatışmazlığını iddia etmək doğru olmazdı və ölkənin imkanları yetərincədir ki, bu tip problemləri qısa zamanda həll edə bilsin. Sadəcə müvafiq qurum rəhbərlərinin ciddi müdaxiləsi və nəzarəti lazımdır ki, vaxtında tədbirlər görülsün, fermeri narazı salan məqamlar aradan qaldırlsın.
-Vahid müəllim, düz bir il öncə Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarına “elçi”x9d düşəndə bir aldadıcı ajiotaj yarandı və sonradan bəlli oldu ki, minlərlə fermer, yaxud sahibkar qazanmaq əvəzinə ziyana düşüb. Elə ona görə də bu il Rusiyaya əvvəlki illərdən fərqli olaraq o qədər də çox adam mal aparmağa ürək eləmir. Nə baş verdi ki, Rusiya bazarlarından imtina etməli olduq və nəticədə 10 milyonlarla vəsaitin ölkəyə gətirilməsi baş tutmadı?
- Rusiyada hələ sovetlər dönəmindən keyfiyyətli Azərbaycan məhsullarına tələbat çox böyük olub. Həmişə rəsmi Moskva da çalışıb ki, mümkün qədər daha çox ekoloji təmiz Azərbaycan kənd təsərrüfatı məhsulları Rusiya bazarına ayaq açsın. Rusiyaya qarşı son sanksiyaların da nəticəsində Putin Avropadan gətirilən məhsullara belə bir sərt qadağa tətbiq edərək Azərbaycan məhsullarına daha geniş imkanlar yaradılmasına qərar verdi. Amma haqlısınız, əvvəlki ajiotaj yoxdur və sahibkarla Rusiyaya mal aparmağa o qədər də həvəsli görünmürlər. Bunlar bu gün Rusiyada baş verən iqtisadi təlatüm və hər gün qiymətdən düşən rus rubluna görədir. Heç kim sabah Rusiyada nələrin olacağını proqnozlaşdıra bilmir. Sahibkarklar da gözləmə mövqeyindədirlər ki, görsünlər Rusiyada bazarlarda vəziyyət nə zaman stabilləşəcək. Nəzərə almaq lazımdır ki, rublun kəskin devalvasiyasından sonra rusiyalıların alıcılıq qabiliyyəti az qala iki dəfə aşağı düşüb və bu da Azərbaycan kimi ölkələrdən aparılan malların Rusiya bazarlarında əvvəlki illərdə olduğu kimi satılmasına imkan vermir. Amma bu heç də o demək deyil ki, bu gün Rusiyaya Azərbaycandan kənd təsərrüfatı məhsullarının aparılmasında tormozlanma var. Mən ayda iki dəfədən az olmayaraq Qubaya seçicilərlə görüşə gedirəm və aldığım məlumata görə Şimal bölgəsindən əvvəlki illərdə olduğu kimi Rusiyaya mövsümi kənd təsərrüfatı məhsulları daşınır.
-Rusiyadan söz düşmüşkən, hələ Ukrayna ilə münasibətlər korlananda Rusiyanın məhşur iqtisadçıları olan keçmiş baş nazir Kasyanov və keçmiş maliyyə naziri Kudrin proqnoz vermişdilər ki, 2015 - ci ilin yayında Rusiya iqtisadiyyatı çökəcək. Ancaq hələ ki, proqnozlar özünü doğrultamdı. Halbuki o vaxt hələ İranla altılıq ölkələri arasında anlaşma olacağı kimsənin ağlına da gəlməzdi. Sizcə Rusiya daha neçə müddət bu sanksiyalara davam gətirə biləcək?
- Bilirsiniz, mən bu barədə dəfələrlə fikir bildirmişəm və təkrarlamağa gərək duyuram ki, Rusiya Ukrayna ilə münasibətlərini o cür gərginləşdirmklə əslində çox böyük yanlışlığa yol verdi. Həm dünyada nüfuzu azaldı, işğalçı və imperialist bir ölkə, həm də beynəlxalq aləmdə etibarlı partnyor imicini məhv elədi. Rusiyada anlamadılar ki, 21 - ci əsrdə bu cür işğalçılıq siyasəti Rusiyanın özünü bataqlığa aparacaq və iflas qaçılmaz olacaq. Ona görə də adını çəkdiyiniz və çəkmədiyiniz iqtisadçıların proqnozlarını qəribçiliyə salmağa dəyməz və gözləmək lazımdır ki, Rusiya ötən hər gün daha da zəifləyir, bir müddət də belə davam etsə əsasən karbohidrogen ehtiyatları üzərində dayanan Rusiya iqtisadiyyatı çökəcək. Artıq Rusiyada bir dollar 70 rubl ətrafındadır və gözləmək olar ki, bu son hədd deyil. Eyni zamanda mən istəməzdim ki, Rusiya iqtisadiyatında defolt baş versin və bu ölkədə xaos yaşansın. Rusiya bizə qonşu ölkədir və orada milyonlarla soydaşımız işləyir, ailəsinə çörəkpulu göndərir. İkitərəfli iqtisadi əlaqələrimiz də 2 milyard dollar civarındadır və bu az rəqəm deyil. Görünən odur ki, Azərbaycan hökuməti də Rusiya ilə ağıllı siyasət aparır və hər iki ölkənin maraqlarının təmin olunmasına xidmət edən ortaq məxrəc asanlıqla tapılır. Amma dünyada maraqlı proseslər baş verir və bir çox məsələlər bizim istəyib-istəməməyimizdən asılı deyil. Tutaq ki, artıq İrana qarşı sanksiyalar aradan qalxır və İngiltərənin XİN başçısı gedib orada 36 ildən sonra səfirlik açır, sabah dünya bazarında neftin qiymətinin necə olacağını kimsə indidən proqnozlaşdıra bilməz. Ona görə də Rusiyanı bir aydan, yaxud bir ildən sonra hansı aqibət gözlədiyini indi söyləmək münəccimlik olardı. Hadisələrin axarı onu göstərir ki, Amerika Rusiyanı neft qiymətləriylə boğmaq istəyir və işğalçılıq siyasətindən imtinaya vadar edəcəyinə ümid edir. Rusiyanın bu basqılara nə qədər davam gətirəcəyi də proqnozlaşdırıla bilməyən tapmaca olaraq qalır. Azərbaycan da bu gizli savaşı diqqətlə izləyir və adekvat addımlar atır.
- Bir maraqlı məsələ də rusiyalıların Putinin avantürasına belə mütiliklə boyun əymələridir. Gəlirləri ən azı iki dəfə azalan rusiyalılar sanki dünyanın səkkizinci möcüzəsinin baş verəcəyinə inanırlar və Putinə qapını göstərməyə tələsmirlər...
-Bilirsiniz, rus milləti həddindən artıq aqressivləşib və şovinizm əksər rusiyalıların liyinə - qanına hopub. Ona görə də onlar Putinin bu avantürasına etiraz etmək əvəzinə bəh-bəh deyirlər. Təsəvvür edin ki, Rusiyada hökumətlə guya müxalifətdə olan kommunistlər əl - ələ verib birgə addımlar atırlar. Yəni bunların oxşar hədəfləri var. Bütün bunlar SSRİ - ni bərpa etmək istəyindən qaynaqlanır. Sadə rusiyalılar da bu utopiyaya inanırlar və bu siyasətə Rusiyanın özünü qoruma vasitəsi kimi baxırlar. Ona görə də şovinizm istəkləri onların gözlərini elə tutub ki, yaxınlaşan Çin təhlükəsindən xəbərləri yoxdur. Əksinə, elə hesab edirlər ki, Çin Rusiyanın ən sadiq müttəfiqidir. Amma bilmirlər ki, Çinin ən böyük arzusu Rusiyanın maksimum zəifləməsi və torpaqlarını Çinə istifadəyə açmasıdır. Mən fikirləşirəm ki, bu gün Çin valyutası ətrafında baş verənlər də anti - Rusiya cəbhəsinin razılaşmasının nəticəsidir.
- Vahid müəllim, 21 fevral devalvasiyasından sonra Mərkəzi Bankın cəmiyyətdə olan - qalan nüfuzu da heçə endi və bu gün rəy sorğuları aparılsa əhalinin heç 5 faizi də bu quruma etibar etmədiyini ortaya qoyar. Yəni son dövrlər bir qayda olaraq bu qurumun rəsmi açıqlamalarıyla əməli üst - üstə düşmədiyindən etimadsızlıq pik həddə çatıb. Olmaya hər ötən gün cəmiyyətin gözündən düşməsi Mərkəzi Bank rəhbərliyinin heç vecinə deyil?
Ardı var...





























































































