“Aygünün Namiqlə yaşadığı sevgi macərası...”x9d

Hazırda oxunan: “Aygünün Namiqlə yaşadığı sevgi macərası...”x9d

86226
"Bəzi müğənnilərimizdə mədəniyyət yoxdur"

- İlk öncə yaradıcılıq işlərindən başlayaq. Nə kimi yeniliklər var?
 
- Yeni mahnılar yazmışam. Həmin bəstələr sırasında həm ritmik, həm də lirik mahnılar var. İşlərimi bununla bitmiş saymıram. Yay konsertlərinə start verməyi düşünürəm. Başqa yeniliklər də var. Amma onlar barədə öncədən xəbər vermək istəmirəm.
 
- Bir müddət öncə “Bir parça keks”x9d adlı bəstənizi xalq artisti Aygün Kazımovaya təqdim etdiniz...
 
- Hə, “Bir parça keks”x9d adlı bəstəmi Aygün xanıma verdim. Mahnını təqdim etməmişdən qabaq hiss eləmişdim ki, Aygün xanımla maraqlı bir iş ərsəyə gətirəcəyik. Mahnının adı - “Bir parça keks”x9d maraqlı səslənir. Məsələn, mənim bir müddət öncə ifa etdiyim “Göstər, get”x9d mahnımın da adı maraqla qarşılanmışdı. “Bir parça keks”x9d mahnısının sözlərini dostumuz Azər Şirin yazdı və mənə dedi ki, bu sözlərin üzərinə musiqi istəyirəm. Mən də yazdım, Aygün xanıma təqdim etdik. O, da bəyəndi. Onu da deyim ki, mahnıda gizli məqamlar var. Yəni adı bir neçə mənaya yozula bilər. (Gülür) Məncə, hər bir mahnıda gizli nəsə olmalıdır ki, insanı özünə çəksin, düşündürsün. Onsuzda eyni mənalı, eyni sözlü mahnılardan dinləyicilər bezib.  
 
- Şou-biznesdə ifaçılıqdan savayı, bəstəkarlıqla da məşğulsunuz. Fərqindəsinizsə, bir çox bəstəkarlar “plagiat”x9d mahnı yazır.
 
- Düzdür. Plagiat yazanlar çoxdur. Düşünürəm ki, peşəkar bəstəkar plagiat mahnı yazmaz. Ola bilər ki, plagiat mahnı yazan bəstəkarların mahnıları bəyənilsin. Amma vicdan məsələsi var. Gərək vicdanın oğurluq mahnı yazmağa razı olmasın. Amma plagiat mahnı yazmaq da bir bacarıqdır, oğurlayırlar, yazırlar. Bəzi bəstəkarlarımız xarici musiqilərə qulaq asıb, bəhrələnə bilərlər. Zamanla müxtəlif xalqların musiqilərini dinləmişəm ki, anlayışım olsun. Amma qulaq asıb, eyni oxşatma musiqi yazmaq düzgün deyil. Məsələn, hamı elə bilir ki, mənim ifa etdiyim “Yar-yar”x9d adlı bəstə ərəb mahnısıdır. Əslində isə bu, belə deyil. Həmin mahnının nəqarət hissəsi ərəb dilinə tərcümə olunub. Heç bir həmkarıma məsləhət görməzdim ki, oğurluq mahnı yazsın.
 
- Elə olubmu ki, bəstənizi hansısa həmkarınıza təqdim edəndən sonra peşman olmusunuz?
 
- Yox, elə bir şey olmayıb. Amma elə olub ki, son məqamda demişəm ki, “ya mahnının maddi tərəfini verin, götürün, ya da özüm oxuyacam”x9d. (gülür)
 
- Şou-biznesin hazırkı durumu Elçini qane edir?
 
- Yox. Bu aləm məni qane etmir.
 
- Qane etməyən nədir?
 
- Azərbaycan şou-biznesində çox şey bayağılaşıb. Kim nə istəyir danışır. Buna da rahatlıqla göz yuman insanlar var. Bizim işimizin adı mədəniyyət və incəsənətdir. Birinci mədəniyyət gəlir, daha sonra incəsənət. Amma nədənsə bu mədəniyyət bəzi müğənnilərdə yoxdur.
 
- Hazırda qalmaqal edənlərin əksəriyyəti illərin sənətkarlarıdır.
 
- Əslində biz yaxşı nümunəni böyüklərdən götürməliyik. Onlar gərək elə diqqətli olsunlar ki, onlardan sonra gələnlər də diqqətli olsun. Çünki illərin sənətkarları nümunədir. Şou-biznesdə küsülü olanlara, bir-birinin barəsində pis danışanlara, qeybət edənlərə münasibətim pisdir. Biz müğənnilər efirdə görülən zaman geyimimizlə, danışığımızla, ifamızla nümunə olmalıyıq. Amma çox təəssüf ki, hazırda vəziyyət pisdir. Bir-birilərinin barəsində pis fikirdə olan həmkarlarımız var. Bir-birlərinə olan pis münasibətləri adi insanlar da görə bilir.
 
- Həmkarlarınız qalmaqal edib, gündəm yaradırlar. Bəs Elçin niyə şou-biznesin “qonşudan geri qalma”x9d prinsipindən istifadə etmir?
 
- (Bir az düşünür...) Ümumiyyətlə, xarakterim elədir ki, bir çox şeylərdən kənara çəkilirəm. Yəni tünlük sevən insan deyiləm. Artıq söz-söhbətlərdən, qalmaqallardan iyrənirəm. Öz ailəm və dostlarımla vaxt keçirməyi daha üstün tuturam. İllər keçdikcə sünilikləri görmək istəmirəm. Həmkarlarımın pis nümunələrini özümə götürmək fikrim yoxdur. Artıq elə bir yaşdayam ki, hər şeyi öncədən düşünürəm. Əvvəllər özümü məcbur edirdim ki, efirdə diqqətli, ehtiyatlı danışım.  Yəni bütün bunlar artıq mənim həyat tərzimə çevrilib. Yəni normal həyatda necəyəmsə, şou-biznesdə də eləyəm. Ola bilər ki, normal həyatda dostlarla oturanda daha rahat danışıram. Amma efirdə bu rahatlığı özümə vermirəm.
 
- Sizi özünüzdən nə çıxara bilər?
 
- Hörmətsizlik. Ən böyük düşmənim də odur. Bir şeylə razı olaram ki, səhv hərəkətimin müqabilində mənə hörmətsizlik etsinlər. Amma səbəbsiz yerə hörmətsizlik görəndə susmuram. Cavablarını verirəm.
 
- Şou-biznesdə olan qruplaşmalarda varsınız?
 
- Yox. İndiyə qədər qruplaşmalarda olmamışam. Son dövrlər xalq artisti Aygün Kazımova ilə görünürəm. Birdən elə bilərlər ki, qruplaşma yaratmışıq. Amma qətiyyən qruplaşmadan söz belə gedə bilməz. Qruplaşma elə bir şeydir ki, qruplaşıb, hər hansı digər qrupda olan müğənnini təkləyə bilərsən. Amma bu, mənlik deyil. Bəzən sənət yoldaşlarım da mənə deyirlər ki, artıq filankəslərlə bir yerdəsiniz. Qruplaşma yaratmısınız. Əsla belə bir şey ola bilməz.
 
- Bəzən müğənnilərin özləri də bilmədən şou-biznesdə qruplaşırlar...
 
- Hə, bu cür hallar da olur. Məsələn, ciddi qruplaşma olan zaman bir şou-biznes nümayəndəsi deyir ki, “mən filankəslə danışmıram, sən də danışma”x9d. Bu da düzgün deyil.
 
- Xalq artisti Aygün Kazımova ilə “Unutmuşam”x9d adlı mahnını ifa etdiniz. Duet təklifini kim etdi?
 
- Aygün xanımla ifa etdiyim mahnının söz və musiqisi bəstəkar Tural Bayraməliyevə məxsusdur. O, təklif etdi ki, belə bir mahnı var. Duet oxuya bilərsiniz. Biz də razı olduq.
Bu günə qədər bir çox sənətçilərlə duet oxumuşam. Amma Aygün xanımla birinci dəfə idi. Məncə, pis də alınmadı.  Ola bilsin ki, duetlərin ardı gəlsin. Hər şey ola bilər.
 
- Sizcə Aygün Kazımovanın ən uğurlu duet ortağı kimdir?
 
- (Bir az düşünür...) Namiq Qaraçuxurludur. Amma burada başqa məsələlər var. Burada tək mahnıdan söhbət getmir. Birinci ifa etdikləri janr 6-8 ritmdədir. Xalqa yaxındır. İkinci də, Aygün xanımın Namiq Qaraçuxurlu ilə yaşadığı sevgi macərası onların duetlərinin sevilməsinə gətirib çıxardı.(lent.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin