“Biz qlobal layihələr icra etmişik”x9d -Azİmport təmsilçisi

Hazırda oxunan: “Biz qlobal layihələr icra etmişik”x9d -Azİmport təmsilçisi

80887
“Biz KİV-də “Azİmport”x9d şirkətini adı çəkilən bütün yazıları diqqətlə izləyirik. Məqalələrdə razılaşdığımız faktlar da var, razılaşmadıqlarımız da. Yoxlanılmamış faktların dərc edilməsi biabırçılıqdır. Son vaxtlar müxtəlif  cinayət əməlləri törətməkdə şübhəli kimi hüquq-mühafizə orqanları tərəfindən saxlanılan bəzi şəxslərin adının “Azİmport”x9dla bağlanması üçün heç bir əsası yoxdur”x9d.

Moderator.az bildirir ki, bu sözləri “Azİmport”x9d MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafiq Eyvazov deyib. 

O, şirkət tərəfindən ərazilərin zəbt olunması, sahiblərinə kompensasiya ödənilmədən yaşayış evlərinin və ofislərin sökülməsi barədə ittihamlara da cavab verib: “Bir mühüm məqamı dəqiqiləşdirmək lazımdır: “Azİmport”x9d söküntü işi ilə məşğul olmayıb. Ümumiyyətlə, tikinti şirkətlərinin belə bir hüququ yoxdur. Bir qayda olaraq, biz təmizlənmiş və tikinti üçün hazır olan meydançaya gəlirik”x9d. 
Söküntü məsələlərinə yerli icra hakimiyyətlərinin baxdığını ehtimal edən R.Eyvazov “Azİmport”x9dun “Qış bulvarı”x9d adlanan ərazi ilə ümumən heç bir əlaqəsinin olmadığını, indiki Dövlət Bayrağı meydanında isə evləri sökmədiyini,  sifarişçi ARDNŞ-dən bunun üçün nə göstəriş, nə də maliyyə aldığını bildirib.  O, həmçinin vurğulayıb ki, hazırda “Kristal-holl”x9dun yerləşdiyi ərazi tamamilə boş olub, şirkət isə orada betondan tikililər inşa edib, özü də cəmi 8 aya işi başa çatdırıb.
Buzovna qəsəbəsində yaşayış və kommersiya tikililərinin sökülməsində “Azİmport”x9da məxsus texnikanın iştirakı barədə iddianı isə R.Eyvazov belə cavablandırıb: “Buzovnada işimizin həcmi çox böyük idi. Həm abadlıq, həm də aeroport yolu boyunca hasarlama işləri aparılırdı. Coxlu sayda texnika işləyirdi və istisna etmirəm ki, hardasa məhz bizim texnikanı da görən olub. Amma, təkrar edirəm, söküntüdə bizim şirkətin heç bir iştirakı olmayıb”x9d.
O, “Azİmport”x9dun bu və digər işlərin təşəbbüsçüsü rolunda çıxış etmədiyini vurğulayaraq deyib: “Sifariş gəlir və biz onu yerinə yetiririk. Məsələn, şirkət Bakı məktəblərinin yenidən qurulması və tikintisi ilə məşğul olub. Bunlar 132, 6, 23, 18, 20 nömrəli məktəblər, həmçinin İ.Əfəndiyev adına məktəbdir. Bəzilərini yenidən tikmişik, məsələn, Bakıda Fransa məktəbini... Bu təhsil ocağının ərazisi 4700 kvadratmetrdir. Təməlqoyma mərasimində Fransanın o zamankı prezidenti Sarkozi iştirak edib. Bizim əsas layihələrimizdən biri bulvar xəttidir. “Azİmport”x9din əməkdaşları bu möhtəşəm layihədə iştirakdan qürur duyurlar”x9d.
R.Eyvazov bu yaxınlarda Prezident İlham Əliyevin iştirakı ilə Bakı bulvarının yeni sahəsinin ”“ “Ağ şəhər bulvarı”x9dnın, həmçinin Xətai rayonunda yeni parkın açılış mərsiminin olduğunu, həmin obyektlərdə işlərin də “Azİmport”x9d tərəfindən aparıldığını bildirib. 
Buzovnada üzlükvurma işlərində yanğın təhlükəsi olan poliuretan örtüklərdən istifadə edilib-edilməməsi barədə suala isə şirkət nümayəndəsi belə cavab verib: “Buzovna qəsəbəsində biz heç bir evə poliuretan üzlük vurmamışıq. Üzlükvurmanı bu qəsəbədə başqa şirkət aparıb. Sadəcə, indi bizə həmin üzlüklərin demontaj edilməsini tapşırıblar. Gecə-gündüz iş gedib. Bu gün həmin evlər poliuretandan təmizlənib və biz ərazidən zibili daşımaqla məşğuluq”x9d.  
Bununla belə, şəhərdə bəzi binalara “Azİmport”x9dun da üzlük vurduğunu qeyd edən R.Eyvazov şirkətin yalnız keyfiyyətli, yanmayan  betopan (fibrosement) materialından istifadə etdiyini bildirərərk deyib: “Bu, məhz həmin materialdır ki, indi Bakıda poliuretanı onunla əvəzləyirlər. Təbii ki, bizdə bütün materiallar zəruri ekspertizadan keçirilib və müvafiq keyfiyyət sertifikatı vardır. Amma biz, əsasən, aqlay adlandırılan əhəngdaşı mənşəli təbii üzlüklərdən istifadə edirik”x9d.
“Azİmport”x9dun təsisçisi haqqında açıqlama verən şirkət nümayəndəsi onun biznesmen Azər Əsgərova məxsus olduğunu diqqətə çatdırıb. R.Eyvazov şirkətin heç bir torpaq sahəsini zəbt etmədiyini, borcunun və Beynəlxalq Bank qarşısında kredit öhdəliyinin olmadığını, həmçinin şirkətdə xüsusi orqanlar tərəfindən heç bir yoxlama aparılmadığını da qeyd edərək deyib: “Bizim işimizə diqqət yetirin ”“ onu keyfiyyətlə və vaxtında yerinə yetiririk, Bakı şəhərinin memarlıq harmoniyasını qoruyub saxlayırıq. Şirkətimiz Bakının gözəlliyinin artırılmasına öz töhfəsini verir. Bakının simasının dəyişilməsində bizim də rolumuz az deyil. Bizi quldur, satqın və başqasının əmlakını qamarlayan kimi qələmə vermək, ən azı, vicdansızlıqdır. Axı hər bir ittihamın arxasında konkret dəlillər dayanmalıdır. Biz qlobal layihələr icra etmişik. Əgər dünya təcrübəsini təhlil etsəniz görəcəksiniz ki, hətta ən inkişaf etmiş ölkələrdə də tikinti şirkətləri ilə əmlakı sökülməli olan vətəndaşlar arasında müəyyən anlaşılmazlıqlar olur. Lakin biz şikayətlərə və dialoqlara həmişə açıq olmuşuq. Bundan başqa, ünvanımıza olan hər bir tənqidi diqqətlə araşdırmışıq...”x9d
İri layihələr həyata keçirən bir şirkətin fəaliyyətini hansısa ayrıca bir səhvdən yapışıb qaralamağın yolverilməz olduğunu vurğulayan R.Eyvazov etiraf edib ki, belə vəziyyətin yaranmasına indiyədək ictimaiyyətlə və KİV-lə əlaqələrə lazımınca önəm verilməməsi də təsir göstərib. O bundan sonra öz işləri haqqında vaxtaşırı danışmaq lazım gələcəyini bildirib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin